2009-cü ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə qoşulacaq təhsil müəssisələrinin sayı 500-ə çatacaq


“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2009-cu ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə (AZEDUNET) qoşulacaq təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır. Bu haqda AZEDUNET təşkilatının rəhbəri Səməd Abbasov bildirmişdir. Onun sözlərinə görə, hazırda 350-dən yaxın müəssisə bu şəbəkəyə qoşulmuşdur. Daha 150 məktəbin şəbəkəyə qoşulması istiqamətində hazırda iş gedir.
AZEDUNET şəbəkəsinə qoşulmuş məktəblər vahid yüksək sürətli intranet-şəbəkəsi çərçivəsində birləşdirilir. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir. Həmçinin, Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslar, elektron məktəb idarəetmə və interaktiv tədris idarəetmə sistemlərə və təhsil portalına çıxış asanlaşdırır.

Bundan əlavə, təhlükəsizlik informasiya sistemlərinin fəal istifadəsilə təhsil ocaqları genişzolaqlı internet əldə edirlər. S.Abbasov qeyd etdi ki, Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilməkdədir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, müəllimlər otağını və direktorun otağını birləşdirir.

S.Abbasovun sözlərinə görə, AZEDUNET şəbəkəsinin yaradılması milli elektron təhsil sistemlərinin inkişafına təkan verir və elektron tədris resurslarına çıxışı sadələşdirir.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
343
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər