Dünyada bir ilk: Apple 1 trilyon dollara çatdı!



ABŞ-lı texnologiya firması Apple-ın şirkət dəyəri 1 trilyon dollar oldu. Apple bununla 1 trilyon dollara çatan ilk texnologiya şirkəti olmağı da bacardı.

Son aylarda maraqla gözlənən məsələlərin başında gələn 1 trilyon dollara kim çatacaq sualının cavabı bəlli oldu. Microsoft, Amazon və Apple kimi ABŞ'-lı şirkətlər arasında yaşanan bu rəqabət Apple-ın qalibiyyəti ilə son tapdı. New York Birjasında dünəni hissə başına 201,50 dollardan bağlayan Apple hissələri bugün yüzdə 2,75 artışla TSİ 18.49-da 207,05 dollara qədər qalxdı. Alınan bu nəticəylə, rəsmi məlumatlara görə bazar dəyəri 1 trilyon dollara çıxan Apple, tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu.

Apple-ın bazar dəyəri 1 trilyon dollar oldu

Apple-ın açıqlamasına görə, bu ilin Aprel-İyun aylarında keçən ilin eyni dövrünə görə şirkətin gəliri yüzdə 17,3 artaraq 53,26 milyard dollara, konkret xeyri də yüzdə 32,1 yüksələrək 11,52 milyard dollara çatdı.Həmçinin, həmin dövrdə iPhone satışlarının yüzdə 0,6 artaraq 41 milyon 300 minə, iPad satışlarının da yüzdə 0,9 yüksələrək 11 milyon 553 minə çatdığı bildirildi.
Apple-ın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən edilən şərhə görə, şirkətin 20 İyuldan etibarən 4 milyard 829 milyon 926 min hissəsi yer alır. Bəzi xəbər qaynaqları isə Apple-in köhnə hissə sayına dayanan hissə başına 203,45 dollarlıq səviyyənin keçildiyi saatda şirkətin bazar dəyərinin 1 trilyon dollara çatdığını bildirdi.

Apple ikinci şirkət oldu
Apple tarixdə 1 trilyon dollar dəyərinə çatan ilk texnoloji şirkət olarkən PetroChina-nın ardından bu ünvanı qazanan ikinci şirkət olmağı bacardı. Çin mərkəzli petrol və təbii qaz nəhəngi PetroChina 2007 ilində bazar dəyərini 1 trilyon dollara çıxardı. Ancaq petrol nəhənginin bu uğuru şirkət baxımından çox da xeyirli olmadı. 2007-de 1 trilyon dollar bazar dəyərinə çatan şirkətin dəyəri 200 milyard dollara qədər düşdü.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

2 şərh

MarkWatson
A subscription business is maybe the most reliable and unsurprising type of revenue, which is the reason the stock merits a significantly higher cost to profit differently than it has. That is one colossal motivation behind why Apple could exchange directly through this trillion-dollar mark. online dissertation help uk

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər