100 il ömürlü batareyalar yolda



Applied Physics Letters jurnalında yayımlanan bir məqaləyə görə, Nanoelektronika texnologiyası ilə mexanik ünsürlərin bir araya gətirilməsi nəticəsində mikrobioloji və ya kimyəvi sensorlar, motorlar istehsal edilə bilər.

Alimlər də cihazların istifadəsi üçün gərəkli mikro ölçüdə enerji qaynaqlarının istehalına yönəlik aktiv işlər gerçəkləşdirir. MEPhI-dən mütəxəsislərinin 100 il ömürlü nüvə batareya yaratmaq üçün betavoltaik gücü olan radyoizotop enerji qaynaqları üzərində çalışdıqları açıqlandı.

Bu batareyalar uzun ömürlü olduğu kimi heç bir müdaxilə etmədən stabil və tamamiylə səssiz şəkildə çalışa bilirlər. Bəli, 100 il ömürlü bir batareyadan bəhs edirik. Qısacası, bu batareyalar siz öldükdən sonra bele fəalliyyət göstərəcək.



Batareyaların sivil həyatda ürək döyünmə sürətini tənzimləyən cihazlar, miniatür qan şəkəri və ya qan təyziqi ölçürlər, oonların uzaqdan idarə sistemləri və mikro-robotlarda istifadəsi məqsəd qoyulub. İstifadə genişliyi indilik yoxdu, amma bu irəlidə olmayacaq mənasına gəlmir.

MEPhI Lazer və Plazma Texnologiyası İnstitutundan Pyotr Borisyuk alimlərin qurduqları xüsusi bir sistemlə Nikel-63 nanodənəcik filmlərinin iki önəmli funksiya gerçəkləşdirmə imkanı təmin etdiyini söylədi.
Borisyuka görə alimlər beləliklə nanopartikulların müxtəlif ölçülərdə istifadə edilərək filmlərinin fərqli formalaşacağını bildirdi.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər