Mac-ların üçün macOS High Sierra 10.13.6 çıxdı



Apple, iOS 11.4.1 ilə birlikdə macOS High Sierra 10.13.6 yenilənməsini də son istifadəçilərə təqdim etdi. Yeni proqram paketində nələr var?

MacOS High Sierra-nın altıncı böyük yenilənməsi 10.13.6 çıxdı. Bu proqram paketində 10.13.5 – dən tam bir ay sonra gəldi. Yenilənməyi Mac App Store-dakı proqram yenilənməsi hissəsindən yükləyə bilərsiz.

MACOS HIGH SIERRA 10.13.6 YENİLİKLƏRİ

10.13.6 daha çox xəta düzəltmələrinə və güvənlik yaxşılaşdırmalarına yönəlik olan kiçik miqyaslı bir yenilənmədir. Ancaq Apple-ın versiya qeydlərinə görə proqram paketi iTunes üçün Airplay 2 multiroom səs sistemi dəstəyi ehtiva edir. Gmail-dəki bir xəta düzəldilərkən bəzi kameralarda görülən bir problem də həll edilib.

11.13.6, macOS High Sierra-nın son yenilənmələrindən biridir. Bəlkə bundan sonra bir ya iki dənə də High Sierra yenilənməsi görə bilərik. Apple, Mac platforması üçün macOS Mojave-ni test edir. High Sierra-nın yerini də Mojave alacaq.

APPLE'IN YENİLƏNMƏLƏRİ BİTMƏDİ

Apple həmçinin tvOS 11.4.1 və watchOS 4.3.2 yenilənmələrini də yayınladı. Hər iki yenilənmə performans yaxşılaşdırmaları və xəta düzəltmələrini əhatə edir.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər