Samsung dünyanın ən böyük mobil telefon zavodunu Hindistanda açır



Samsung ildə 120 milyon istehsal gücünə sahib olacağı, dünyanın ən böyük mobil telefon fabrikini Hindistanda açmağa hazırlaşır. Çinin ardından dünyanın ən böyük ağıllı telefon bazarı olan Hindistan keçən il 62 milyard dollar xarici investisiyalar cəlb etdi.

120 milyon telefon istehsal ediləcək

Samsung-un yeni fabrikası ildə 120 milyon telefon istehsal qabiliyyətinə malik olacaq. Şirkət bu fabrikdə 100 dolların altında daha alt seqment telefonlardan S9 modelinə qədər hər cür modelin istehsalını gerçəkləşdirəcək.

Fabrik Hindistan Naziri Narendra Modi və Cənubi Koreya dövlət başçısı Moon Jae-in iştirakıyla xidmətə girəcək. 2014-ci ildə iqtidara gələn Modi, «Hindistanda istehsal et» şüarıyla xarici sərmayəçiləri ölkəsinə çəkməyə səy göstərir. Keçən il Hindistan 62 milyard dollarlıq investisiya çəkərək bu sahədə rekora imza atdı.

Hindistanda 425 milyon şəxs ağıllı telefon istifadə edir

Samsung ölkənin getdikcə böyüyən mobil telefon tələbi istiqamətində bu həmləni gerçəkləşdirdi. 1,3 milyardlıq ölkədə 425 milyon ağıllı telefon istifadəçisi olduğu təxmin edilir. İDC-nin məlumatlarına görə Hindistan ağıllı telefon bazarı 2017 ilində 124 milyon sifarişlə yüzdə 14 inkişaf qeydə aldı.

Keçən il Hindistan ABŞ-ı keçərək Çinin ardından dünyanın ən böyük ikinci ağıllı telefon bazarı halına gəlmişdi. Cisco etdiyi araşdırmalara əsasən 2021-ci ildə ölkədə 780 milyon ağıllı telefon istifadəsi gözlənilir. 2016-cı ildə bu rəqəm 359 milyon olaraq hesablandı. (Business HT)

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
347
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər