Havalimanında pasportsuz check dövrü!



Avstraliya bundan sonra passport yoxlanışı ilə vaxt itkisini geridə qoyur. İnkişaf etdirilən yeni teknoloji sayəsində artıq sərnişinlər üz tanıma sistemi ilə təyin olunacaq.

Avstraliya inkişaf etdirdiyi yeni teknoloji sayəsində artıq əllə pasport yoxlama müddətini geridə qoyur.
2017 ilinin əvvələrində elan olunan üz tanıma sisteminə keçmə müddətinə bir addım daha atıldı və bu həftədən etibarən Sidney havalimanında seçilmiş uçuşlarda sərnişinlərin check-in əməliyyatları üz tanıma sistemiylə edilə biləcək və beləliklə vaxtdan qənaət edilmiş olacaq.

Sidney Aeroport CEO-su Geoff Kulbert məsələ barəsində “Başından bəri Qantas ilə çalışırıq və bu texnologiyanı yoxlayarkən də onlarla çalışmaqdan xoşbəxtlik duyuruq.



Gələcəkdə pasport sırasında və ya check-in edərkən çantanızda pasportunuzu axtarmaq məcburiyyətində qalmayacaq, telefonunuzdan miniş kartınızı göstərməyə çalışmayacaq və ya giriş kartınızla məşğul olmaq məcburiyyətində qalmayassız. Üzünüz bu müddətinin hamısında həm pasportunuz, həm də miniş kartınız olacaq.” dedi.

İndilik limitli sayıda uçuş ilə sınanacaq olan bu texnologiyanın gələcək dövrlər bütün uçuşlarda istifadəsi planlanır. Bu barədə konkret bir tarix verməyən Kulbert çalışmaların tam sürətlə davam etdiyinin də vurğuladı.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər