Kilsədə Pokemon Go oynadı, 3.5 il müddətinə həbs edildi + VİDEO


Pokemon Go oyunu ötən yay bütün dünyaya səs salmışdı. Dünyanın dörd bir yanında milyonlarla adamın oynadığı reallıq əsaslı oyun, gerçək həyatla qarşılıqlı təsiri səbəbindən bəzi maraqlı vəziyyətlərin yaranmasına gətirib çıxarmışdı. Oyun əvvəlki məşhurluğunu itirsə də, zirvədə olduğu dövrdə yaşanan maraqlı hadisələrin təsiri hələ də davam edir.

Belə ki, 22 yaşındakı rusiyalı blogger Ruslan Sokolovsi, ötən ilin avqust ayında Yekaterinburq şəhərindəki bir kilsədə Pokemon Go oynayarkən çəkilmiş videosunu yayımlamışdı. Sokolovski, videonu Rusiya hökumətinin kilsələri, insanların inancını aşağılayanlara daha ağır cəzalar tətbiqi qərarına etiraz olaraq çəkmişdi. Ancaq bu reaksiyası Sokolovskinin özü üçün probelmə çevrildi.

Məhkəmə Sokolovskini din əleyhinə videolar çəkərək nifrət ifadəsini təşviq etməkdən ötəri günahkar bildi. «Dini həssaslıqlara hücum» səbəbiylə 5 ilə qədər həbs istəyiylə mühakimə olunan rus blogger, 3,5 il həbs cəzasına məhkum edildi.

Beynəlxalq Əfv Təşkilatı, Sokolovskidən həbs olunmasının ifadə azadlığına zidd olduğunu müdafiə edərək, blogger sərbəst buraxılmasını tələb edir. Belə ki, 14 mindən çox adamın səlahiyyətli orqanlara Sokolovskinin sərbəst buraxılması üçün müraciət etdiyi bildirilir.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
341
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər