“ToaruOS” adlı yeni əməliyyat sistemi təqdim olunub


“ToaruOS” adlanan yeni əməliyyat sistemi təqdim olunub. Platformanın əsasını “Linux” nüvəsi təşkil edir və “C+” dilində yazılıb.

Yeni yaradılan əməliyyat sistemi üçün artıq çoxlu optimallaşdırılmış proqram təminatı və oyunlar mövcuddur. Platformanı hamı yükləyərək quraşdıra bilər. K.Lenc və onun həmkarları bildiriblər ki, hazırda sistemin stabil işinin təmininə nail olunub, lakin onun mükəmməl şəklə salınması üçün hələ görüləsi çox iş var. Yaxın vaxtlarda sistem yaradıcıları aşkarlanan səhvləri düzəltmək və ümumilikdə işi yaxşılaşdırmaq məqsədilə yenilənmə təqdim etməyi planlaşdırırlar.

“ToaruOS” üçün əlavə və oyunların əksər hissəsi “Python” proqramlaşdırma dili vasitəsilə yaradılıb. Əvvəlcə sistem tədris materialı kimi yaradılsa da, sonradan onun tam proqram məhsulu şəklinə salınması qərara alınıb.

Bildirilir ki, “ToaruOS” təkcə standart fərdi kompüterdə deyil, həm də smartfon və planşetlərdə dəstəklənir. Əsas fərqləndirici cəhəti elastikliyində olan sistemi geniş istifadəçi ehtiyaclarına uyğun quraşdırmaq mümkündür.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

1 şərh

coltonw
“ToaruOS” adlanan yeni əməliyyat sistemi təqdim olunub.
192.168.0.1 router login

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər