Vyanada dünyanın ilk "Bitcoin-Bank"ı fəaliyyətə başladı


Avstriyanın paytaxtı Vyana şəhərində dünyanın ən populyar virtual valyutası olan — bitkoinlə işləyən ilk bank açılıb.

Almaniyanın kiçik “Bit Trust Services” startapı tərəfindən açılmış «Bitcoin-Bank»-da müştərilər kriptovalyuta haqda məsləhət ala və sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsinin sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə çevirə bilərlər.

Avstriyanın iqtisadi sistemində kriptovalyutanın dövriyyəsinə qadağa qoyulmayıb. Bu ölkədə hələ üç il əvvəl ilk bitkoin bankomat açılıb. Vyana şəhərində təxminən 20 şirkət və müəssisə bitkoindən ödəniş məqsədilə istifadə edir.

Bitkoin ən populyar virtual valyutadır. İki tərəf arasında elektron ödəniş heç bir vasitəçi olmadan həyata keçirilir. Bu halda komissiya ya çox cüzi, ya da ümumiyyətlə yoxdur. Sistemdə həyata keçirilmiş bütün əməliyyatlar haqda informasiya vahid açıq reyestrdə qeydə alınır.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
347
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər