“Asan İmza” layihəsinin rəhbəri Avropanın 100 öncül innovativ liderləri siyahısında


Mərkəzi və Şərqi Avropa ölkələrinin innovativ liderlərini bir siyahıda birləşdirən beynəlxalq “NewEurope 100” reytinqi dərc olunub. Reytinq öz layihələri ilə Avropa cəmiyyətinin inkişafına və biznesin effektivliyinə mühüm töhfə vermiş bacarıqlı insanları əhatə edir. Builki reytinqə “B.EST Solutions” şirkətinin və “FEMMES DIGITALES”– Azərbaycan qadınlarının İKT Klubunun təsisçisi, Azərbaycanın “Asan İmza” mobil elektron imza layihəsinin rəhbəri Yana Krimpe də daxil edilib. Bu barədə “NE 100” layihəsinin veb-səhifəsinə istinadən nüfuzlu “FinancialTimes” nəşrinin saytındaməlumat verilir.

Y.Krimpe ölkənin inkişafındakı xidmətlərinə görə “Azərbaycanın sadiq səfiri” nominasiyasında sözügedən reytinqə daxil edilib.

«NE100» iştirakçıları Avropada və dünyada yaşayan insanlar üçün faydalı tətbiqlər yaradır, sosial təşəbbüslər, layihə və texnologiyalar həyata keçirir. Onlar həm öz layihələrində, həm də çalışdıqları regionda yaradıcı yanaşmaları ilə bölüşür. Builki “NewEurope 100” siyahısının finalçıları sırasında pilotsuz avtomobillərin avtonom rejimdə idarə edilməsi üçün proqram təminatı, hamilə qadınlar üçün nəzərdə tutulmuş tele-tibb şirkəti, animasiya edilmiş jestləri dəstəkləyən messencer proqramı, innovativ mobil identitet və imza xidməti və digər layihələr yer alır.

Top-100 iştirakçıdan ibarət olan yekun siyahı layihənin tərəfdaşları və geniş ictimaiyyət tərəfindən təqdim edilmiş namizədlərin arasından seçilib. Cari ildə siyahı üzrə ən böyük qrupları biznes sahəsində (54%), ictimai təşkilatlarda və siyasətdə (29%), elm sahəsində (10%) və KİV və mədəniyyət sahələrində (7%) fəaliyyət göstərən ayrı-ayrı şəxslər və birliklər təşkil edir.

“Yeni Avropanın ən istedadlı insanlarının daxil edildiyi bu cür nüfuzlu siyahıda yer almaq böyük şərəfdir. Şübhəsiz ki, bu təkcə mənim yox, mənimlə çalışan heyətin əməyinin və ümumilikdə bütün Azərbaycanın nailiyyətidir. Mənim üçün bu, bir növ, sevimli Azərbaycanda son 10 il ərzindəki fəaliyyətimin aralıq nəticəsidir. Artıq qlobal çağırışları qəbul etməyin və Azərbaycanın innovasiyalarını onun hüdudlarından kənarda təmsil etməyin zamanı yetişib. Mənim üçün dünyanın müxtəlif nöqtələrində nüfuzlu ekspertlərin “Asan İmza” innovasiyasını nümunə göstərməsini eşitmək böyük sevincdir”, –deyə Y.Krimpe qeyd edib.

“Biz hamıya Mərkəzi və Şərqi Avropanın yaradıcı və sosial sahədə məşğul yenilikçi insanları barədə danışmaq istəyirik. Bu region özünün gələcək üçün innovasiyaların aparıcı qüvvəsi olan yaradıcı insanları, biznes sahibləri, alimləri və mədəniyyət xadimləri ilə fəxr edə bilər”, — deyə layihənin təşəbbüskarlarından biri olan “ResPublika” fondunun prezidenti Voytsex Prjibilski vurğulayıb.

“Bu gün Mərkəzi və Şərqi Avropa regionunda bir çox uğurlu və innovativ layihələrin ərsəyə gəldiyinin şahidi oluruq. Bu qeyd edilən regionun böyük potensiala malik olmasının göstəricisi olmaqla yanaşı, yeni texnologiyaların və rəqəmsal iqtisadiyyatın alimlər, sahibkarlar və yaradıcı insanlar üçün necə böyük imkanlar açmasının sübutudur”, — deyə, “Google” korporasiyasının Mərkəzi və Şərqi Avropa ofisinin nümayəndəsi Marta Poslad qeyd edib.

Mərkəzi və Şərqi Avropa regionunda innovativ fəaliyyətin dəstəklənməsi məqsədi daşıyan “NewEurope 100” layihəsi artıq üçüncü ildir ki, “ResPublica” fondu, “Google” korporasiyası, Beynəlxalq Vışeqrad fondu və “FinancialTimes” dərgisi tərəfindən həyata keçirilir. Layihə üzrə ötən illərin reytinqlərində Estoniyanın keçmiş prezidenti Tomas Hendrikİlves, Slovakiyanın prezidenti AndreyKiska, “Skype” xidmətinin təsisçilərindən biri, dünyada ikinci ən nəhəng mobil tətbiq dükanının yaradıcısı və digər nüfuzlu siyasət və biznes xadimləri yer almışlar.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
343
Reytinq
1.13

1 şərh

tino27
I really like what you describe, good to know such things. http://www.mayfair-escorts.net

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər