Yeni UberX - Ən Yüksək Keyfiyyət Ən Aşağı Qiymətlərlə

New Uberx
2015-ci ilin aprel ayında Azәrbaycanda pilot proyekt olan UberBLACK işә salındı vә premium xidmәt olaraq çox qısa zamanda istifadәçilәrin rәğbәtini qazandı. Qeyd etmәk yerinә düşәr ki, Azәrbaycan MDB ölkәlәri arasında Rusiyadan sonra bu xidmәtin işә başladığı ilk ölkә oldu.

Bir müddәt sonra, 2015-ci ilin iyun ayında daha әlverişli olan uberX xidmәti işə salındı vә bu xidmәt sәrfәli qiymәtlә rahatlığına vә tәhlükәsizliyinә önәm verәn şәxslәrin bir nömrәli seçiminә çevrildi.

Vә artıq Uber olaraq Bakıda premium xidmәt olan UberBLACK-i yenilәnmiş uberX xidmәti ilә birlәşərək istifadәçilərə şәhәrdә olan әn yüksәk keyfiyyәtli xidmәti әn sәrfәli qiymәtlәrlә tәqdim edilir.

11 noyabr, 2015-ci il tarixindәn başlayaraq yenilәnmiş uberX xidmәtinin dәyәri aşağıdakı tariflә hesablanacaq:
Başlanğıc mәblәğ: 1.10AZN
Hәr km-ә olan ödәniş: 0.35 AZN
Yola sәrf olunan hәr dәqiqә: 0.03AZN

Bu tarif ilә aşağıdakı gedişlәrә vә qiymәtlәrinә nәzәr salaraq dәyişikliyi daha aydın görә bilәrik:

Caspian Plazadan JW Mariott Absheron Hotelә 2-3 AZN arası:
UberX
Bakı Dövlәt Universitetindәn 8-ci km әrazisinә gediş 7-8 manat arası:
UberX
Әhmәdli metrosu 28
Mall nöqtәlәri arası sәyahәt isә 5-6 AZN tәşkil edir:
UberX
Uber mobil tәtbiqi dünyanın 360-dan çox şәhәrindә mövcud olan әn rahat vә sәrfәli üsuldur. İstәdiyiniz vaxt mobil telefonun ekranın bir toxunuşla şәxsi avtomobil vә sürücü çağırmaq vә öncәdәn sәyahәt haqqının nә qәdәr mәblәğ tәşkil edәcәyini bilmәyә imkan verir. Ödәniş tamamilә nәğdsiz şәkildә baş verir vә bununla da maksimum şәffaflığa zәmanәt tәqdim olunur.

Tәtbiqdaxili xüsusi özәlliklәr sәyahәtin tәhlükәsizliyini artırır. Belә ki, istifadәçi sәyahәtә başlamadan öncә sürücü haqda әtraflı mәlumat alır: sürücünün adı, fotosu, әlaqә vasitәlәri, sistemdә reytinqi vә nәhayәt, avtomobilin marka vә nömrәsi istifadәçiyә tәqdim edilir. Bundan әlavә istifadәçi sәyahәti haqda mәlumatı vә çatma vaxtını dostlarına vә ailә üzvlәrinә yollaya bilәr. Mәlumatın paylaşıldığı şәxslәr isә öz növbәlәrindә istifadәçinin real zamanlı sәyahәti haqda әtraflı mәlumat ala bilәrlәr.

Hәr bir sәyahәtdәn sonra istifadәçi sәyahәt etdiyi sürücünü 5 ballıq dәyәrlәndirmә şkalası әsasında qiymәtlәndirir. Effektiv reytinq sistemi әn yaxşı sürücülәrlә işlәmәyә vә onları Uber platformasına cәlb etmәyә imkan verir.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər