Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edən GPS naviqasiya proqramı istifadəyə verildi

SİNAM MMC, yalnız Bakı şəhərini əhatə edən ödənişsiz Yollar ofline GPS Naviqatorunun davamı olaraq istifadəçilərin gözlədiyi, Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edən YollarPRO Offline GPS Naviqasiya proqramını da istifadəyə verdi. Naviqatorun Azərbaycan və Gürcüstan üzrə navigasiya xəritələri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış Gomap.az elektron layihəsinin xəritələrinin adaptasiya olunmuş versiyaları əsasında yaradılmışdır.
Yollar Pro
Yeni GPS naviqasiya proqramının əsas üstünlüklərindən biri onun smartfonlarda və planşetlərdə quraşdırılaraq istifadə oluna bilməsi imkanıdır. Bu proqram, marşrutun planlaşdırılması, həyata keçirilməsi və təyinat məntəqəsinə qədər naviqasiya üçün nəzərdə tutulmuşdur. Naviqasiya proqramından internetə qoşulmadan istifadə etmək mümkündür. O təmamilə təcrid olunmuş halda, internetə qoşulmadan axtarış etməyə və naviqasiya etməyə qadirdir. Xəritələr proqram olan cihazın yaddaşında saxlanılır və ona görə də istifadəçilər rouminq servisindən istifadə etmir və bununla qənaətə müvəffəq olur. Bununla yanaşı əlavə bağlantı olmadığından cihazın akkumulyatoru daha çox işləyir və səyahət zamanı istifadəçilər üçün əlavə rahatlıq yaradır.

Siz istənilən vaxt YollarPRO-nu www.yollarpro.az saytından endirib, aktivasiya kodunu elə buradan əldə edərək, marşrutunuzu planlaşdırmaq və həyata keçirərkən, proqramın Pro Guidance və Live Traffic funksionalından istifadə etmək imkanı əldə etmiş olursunuz. YollarPRO-nu seçərkən, Siz regionun 3 ölkəsi — Azərbaycan, Gürcüstan və Türkiyənin ən mükəmməl xəritələrindən avtomobil və piyada marşrutlarından istifadə etməyə başlayırsınız.

Proqramın maraqlı funksionallarından biri olan Live Traffic vasitəsilə real vaxt rejimində avtomobil yollarında tıxaclar (trafik durumu) haqqında məlumatın əldə edilməsidir.

Yollar PRO Offline Naviqatorunun xəritələrində:
— 1 105 850ədəd obyekt (POİ)
— 692 949 km. yol və küçələr haqqında məlumat vardır.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

1 şərh

annashetty
I was excited & so happy. Fast as I could blink the moment was gone. I loved every minute!
watch Putlocker, 123movies

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər