İKT şirkəti fəaliyyətinin birinci ilini rebrendinq ilə qeyd etdi

İKT sektorunda 2014-cü ilin sentyabr ayından fəaliyyət göstərən Mars Tech, fəaliyyətinin birinci ilini yeni korporativ tərz ilə başa vurdu. Bənövşəyi və narıncı rənglər ilə diqqəti cəlb edən yeni logo, həmçinin, Mars Tech-in biznes və texnologiya arasında körpü yaratmaq fəlsəfəsini də əks etdirir.
Mars Tech
“Yeni korporativ tərzimiz bizim ruhumuzu əks etdirməklə, şirkətimizin daha geniş tanınmasına zəmin yaradır”, deyə şirkətin Biznesin İnkişafı üzrə Meneceri, Kəmalə İsmayılova bildirib. “İlk fəaliyyət ili ərzində Mars Tech əhəmiyyətli layihələri uğurla başa vurmuşdur və fəxrlə Azərbaycanda İKT sektorunun inkişafına öz töhfəsini verməyə davam edir”.

Fəaliyyətinin ilkin mərhələsində şirkətin həyata keçirdiyi mühüm layihələrdən biri də “Milli internet zolağının genişləndirilməsinin” ilkin mərhələsi oldu. Bu layihənin başlıca məqsədi Azərbaycanda internet xidmətlərinə çıxışı olan abonentlərin sayını artırmaq və regionlarda yeni naqilli xətt istifadəçilərinə daha geniş telekommunikasiya xidmətləri göstərməkdir. Layihə çərçivəsində Mars Tech Azərbaycanın bir sıra şəhər və qəsəbələrində NGN texnologiyası ilə işləyən avadanlıqların müvəffəqiyyətlə quraşdırılmasını və istifadəyə verilməsini təmin etmişdir.

2015-ci ilin mart ayında, müəssisələrlə İT biznesində ixtisaslaşmış EVO şirkətlər qrupunu aldıqdan dərhal sonra, Mars Tech bu istiqamətdə fəaliyyətini genişləndirərək müştərilərlə sıx əlaqələr qurmuşdur.“Qısa zaman ərzində Mars Tech müştərilərə biznes üzrə həllər təqdim etməklə İKT sektorunun əsas oyunçularından birinə çevrilmişdir”, — deyə K.İsmayılova qeyd etmişdir. “Birinci ilimiz çərçivəsində Mars Tech dünyaca məhşur 35 vendor şirkət ilə əməkdaşlıq müqavilələri imzalamışdır. Bizim sürətli inkişafımız İKT sektorunda yüksək yer tutacağımızı və inkişafımızı gələcəkdə də davam etdirəcəyimizi deməyə əsas verir”.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
347
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər