Sony-dən yerli Dronee startapına rəqib - yeni dronun uçuşu göstərildi (Video)

Sony şirkəti Aerosense layihəsi çərçivəsində dünyaya qarşıdan gələn ilk dronunu nümayiş etdi. Maraqlısı odur ki, dron təyyarə tipli olmasına baxmayaraq göyə vertikal qalxır.

Çox güman ki, cihaz ictimai satışlar üçün yox, müəssisələr və biznes layihələr üçün istifadə ediləcək.

Bildirilir ki, dronun növbəti modelləri 10 kg ağırlıq daşıma gücünə, 2 saat uçuş vaxtına və 106 km/saat sürətə malik olacaqlar.



Yadınıza salaq ki, bu tipli layihə azərbyacanlı təşəbbüskarlar tərəfindən də hazırlanıb və Kickstarter-də Smartplane layihəsi kimi nümayiş edilmişdir. Dronee adlanan bu cihaz cari ildə Bakıda keçirilən Seedstars startap müsabiqəsinin qalibi oldu və 2016-cı ilin fevral ayında İsveçrədə keçiriləcək Dünya Startap Yarışmasının finalında iştirak edəcək. Layihə barədə daha ətraflı burada öyrənə bilərsiniz.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
347
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər