Ölkədə HTML5 əsasında yeni internet-televiziya texnologiyası tətbiq edilir

Yaxın bir həftə ərzində yeni OTT (Over-The-Top) platformasından istifadə etmək mümkün olacaq. Platforma fərdi və planşet kompyuterlər, smartfonlar və müasir televiziya modellərinə uyğun gələcək.
OTT
Bildirilir ki, HTML5 texnologiyasının Adobe Flash lisenziyasına ehtiyacı olmadığından, istifadəçilər Smart-televizorların brauzerlərindən video kontentə baxa biləcəklər: “Bundan başqa, televiziya proqramlarının sayının artması, elektron televiziya bələdçisinin (EPG) xüsusiyyətlərinin tətbiq olunması, televiziya verilişlərinin yazılmasının mümkün olması, Youtube-da şəxsi kanalların yaradılması kimi yeniliklər olacaq”.

Hazırda xidmət Sumqayıtda kommersiya istismarına buraxılıb. Payızda xidmətdən Bakıda da istifadə etmək mümkün olacaq.

Aylıq abunə haqqı 7 manat təşkil edir. Ödəniş haqqında bildiriş abunəçilərə avtomatik göndərilir. Ödənişi onlayn və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçirmək olacaq.

Mənbə: Trend

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
347
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər