Volkswagen şirkəti Facebook istifadəçisindən uşaq arabası ilə bağlı gələn təklifi reallaşdırıb

Volkswagen-in ötən aprel ayında yayımladığı reklam çarxı bir VW avtomobili sahibi olmanın müştərilərin sahib olmağı planlaşdırdıqları hər şeydən gözləntilərini yüksəltdiyi fikrinə diqqət yönəldir və bunu başa salarkən uşaq arabası seçən bir ananın bəyəndiyi modeldə avtomatik əyləc sisteminin olmadığını öyrənməsilə yaşadığı xəyal qırıqlığını nümayiş etdirirdi.



Markanın rəsmi Facebook səhifəsində paylaşılan reklama çoxlu bəyəni və şərhlər yazıldı. Timo Ros adlı istifadəçinin “Ya mən dəliyəm, ya da öz-özünə tormoz edə bilən uşaq arabası doğrudan da yaxşı bir fikirdirmi?” şərhini nəzərə alan VW, bu fikri həyata keçirməyə qərar verdi.

Volkswagen Golf avtomobilində istifadə edilən sensorlardan faydalanan mühəndislər, avtomatik əyləcdən əlavə avtomobilə məsafə nəzarəti sistemini də əlavə edincə videoda da izlədiyiniz kimi çox uğurlu bir layihə ortaya çıxdı.



Mənbə: Mak.az

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər