Lenovo-nun yeni noutbukları 64 GB RAM və Thunderbolt 3 ilə təmin olundular

Intel şirkəti ilk dəfədir ki Xeon prosessorlarının professional klassını PC noutbuklarına gətirir və bu Lenovo şirkətinin cihazlarında özünü əks etdirəcək.
Lenovo ThinkPad
Lenovo ThinkPad P50ThinkPad P70 modelləri yüksək hesablayıcı gücə malik daşınan kompüterə ehtiyacı olan insanlar üçün istehsal olunub. Yeni noutbuklar 64 GB RAM (Lenovo-nun sözlərinə görə, bu daşınan cihazlarda təklif olunan ən həcmli operativ yaddaşdır), 1 TB-a qədər SSD yaddaşı, və super-yüksək sürətdə məlumat ötürülməsini təmin edən iki USB-C Thunderbolt 3 portu ilə təmin olunub.

Hər iki noutbuk Skylake arxitekturası üzərində qurulmuş Xeon prosessoru üzərində çalışırlar.

ThinkPad P50-nin qiyməti 1,599 dollarla başlayır, ThinkPad P70 isə 1,999 dollarla. İstehsalçılar geniş seçim təlif edirlər: Windows 10, 8.1, 7, Ubuntu, həmçinin, 4K icazə və taçskrin displey seçimi.
Lenovo ThinkPad
Lenovo ThinkPad
Lenovo ThinkPadLenovo ThinkPad

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər