Azərbaycanlı İT təşəbbüskarları gömrük rüsumlarından azad olundular

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsslər 7 il müddətinə gömrük rüsumlarından azad olundular.
IT hardware
Gömrük güzəştləri “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişikliklərə əsasən həyata keçiriləcək.

Güzəştlər növbəti qurğular, hissə və ləvazimatlar üçün mövcutdur: yaddaş qurğuları: sərt maqnit disklərdə; hesablayıcı maşınların digər qurğuları; 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: elektron modulları; 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: digərləri; digər monitorlar: yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan; Elektron inteqral sxemlər: prosessorlar vəkontrol-lerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər: digərləri

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər