XDMX-dan Azərbaycanda Skype-ın məhdudlaşdırılması ilə bağlı açıqlama

Skype-ın bağlanması ilə bağlı yayılmış məlumatlarla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompyuter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bildirir ki, Skype-ın Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən qəsdən bağlanması ilə bağlı yayılmış məlumatlar təmamilə uydurulmuş məlumatdır və heç bir həqiqəti əks etdirmir.
Skype
Belə ki, məlum olduğu kimi XDMX yalnız dövlət orqanlarının şəbəkələrinin və internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasını təşkil edir.
Ümumilikdə, respublikanın internet şəbəkəsi ilə əlaqəsinin təmin olunmasına heç bir aidiyyatı yoxdur və bu sahədə xidmət göstərmir. Bu isə o deməkdir ki, XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ölkədə Skype və digər hər hansı bir internet xidmətlərinin məhdudlaşdırılmasını həyata keçirə bilməz.

Bununla yanaşı qeyd etmək istəyirik ki, Skype internet şəbəkəsinə və geniş istifadəçi şəbəkəsinə malik proqram təminatı olduğundan digər hər hansı bir proqram təminatı kimi onun da proqram-aparat təminatında və ya şəbəkə bağlantısında hər hansı qısamüddətli problem yarana bilər lakin, bunun bilərəkdən proqramın fəaliyyətinin məhdudlaşdırılması kimi qələmə verilməsi yolverilməzdir.

Mənbə: cert.gov.az/news210/

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər