“Qunduz” İnformatika və Kompüter bacarıqları müsabiqəsinin final mərhələsi keçirildi

2 may 2015-ci il tarixində, ADA Universitetində orta məktəb şagirdləri arasında “Qunduz” İnformatika və Kompüter bacarıqları müsabiqəsinin (“Bebras” Informatics and Computer Fluency contest) final mərhələsi keçirilib.
Qunduz
4184 Azərbaycan məktəblisinin qatıldığı müsabiqənin final mərhələsində ən yüksək bal toplamış 44 məktəbli informatika üzrə bacarıqlarını sınayıb.

Məktəblilərin valideyinləri ilə birgə qatıldığı final mərasimində çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev son zamanlar bilik müsabiqələrinə diqqətin artırıldığını və bunun təhsilin inkişafında böyük rolu olduğunu bildirib.

ƏLAVƏ OXU: Azərbaycanlı proqramçı «Oracle»ın ən yüksək sertifikatına layiq görüldü

ADA Universitetinin İT və mühəndislik bölməsinin dekan müavini Fuad Hacıyev də təmsil etdiyi təhsil ocağının hər zaman gənc istedadların üzə çıxarlmasında maraqlı olduğunu və bu işi davam etdirəcəyini vurğulayıb.

Azərbaycan ACM bölməsinin üzvü Adil Əliyev, bu müsabiqə ölkəmizdə İKT sahəsində istedadlı şagirdləri üzə çıxarmaq və onları beynəlxalq arenada keçirilən müsabiqələrə hazırlamaq məqsədi daşıyır.
Qunduz
Müsabiqənin final mərhələsində iştirakçılara, həmçinin, müxtəlif seminarlar keçilib, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin tələbələri tərəfindən hazırlanmış layihələrlə tanış edilb.

Daha sonra nəticələr açıqlanaraq təltif etmə mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın İnformatika üzrə münsiflər heyətinin sədri fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə belə bir müsabiqələrin keçirilməsinin gələcəkdə İKT sahəsində kadr potensialının artırılması baxımından əhəmiyyətindən söhbət açıb. R.Mahmudzadə, həmçinin, aidiyyatı qurumları bu cür tədbirlərə dəstək olmağa da səsləyib.

Bu müsabiqə (“Bebras” International Contest on Informatics and Computer Fluency) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Başlanğıcı 2004-cü ildə qoyulmuş “Qunduz” müsabiqəsi hazırda dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiyada mütəmadi olaraq keçirilir.

Ölkəmizdə bu müsabiqə Azərbaycan ACM Bölməsi tərəfindən reallaşdırılır.
Qunduz
Qunduz
Qunduz
Qunduz
Qunduz

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
342
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər