Valve və HTC şirkətləri birgə virtual reallıq eynəklərini istehsal ediblər

Bizə Counter-Strike, Half-LifePortal oyunlarının istehsalçısı kimi tanınan Amerikanın Valve şirkəti Tayvanın HTC şirkəti ilə birgə virtual reallıq eynəklərini istehsal edərək, dünən Barselona şəhərində keçirilən MWC 2015 sərgisində ictimayyətə təqdim etdilər.
Valve HTC VR
Oyun developerləri bu cihazı artıq bir neçə ay ərzində əldə edə biləcəklər, lakin istifadəçilər eynəkləri ilin sonuna qədər gözləməli olacaq.

Eynəklər iki 1200 x 1080 icazəli ekrana, giroskopa, akselerometrə, və başın hərəkətlərini müəyyənləşdirmək üçün lazer sensoruna malikdir. İstehsalçılar cihazın az çəkidə olmasını və heç bir diskomfort yaratmamasını bildiriblər. Eynəklərin simsiz coystiklə birgə satışa buraxılması planlaşdırılır.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
343
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər