Yahoo Vizify-ı satın aldı

Vizify
Sosial CV tətbiqi olaraq təyin olunan və dünyada xeyli maraq görən Vizify, Yahoo tərəfindən satın alındı. Tətbiq, tək səhifədə bir çox xüsusiyyət saxlaması və Twitter statistikalarını da təqdim etməsi ilə tanınır. Ödənişli və ödənişsiz üzvlüklər təqdim edən tətbiq xeyli istifadəçi kütləsinə sahibdi.

Satın alma sonrası Vizify tərəfindən edilən açıqlamaya görə ödənişli və ödənişsiz üzvlük variantlarında hər hansı bir dəyişiklik olmayacağı vurğulandı. Tətbiq, bundan sonra Vizify.com/Yahoo infrastrukturuyla intertnet dünyasında yer alacaq. Satın alma məbləği ilə əlaqəli hər hansı bir məlumatı isə hər iki tərəf paylaşmadı.

Vizify

İstifadəçilərin müxtəlif vizual strukturlar saxlayaaraq profillər hazırlamalarına imkan verən platforma, iş müraciətləri üçün istifadə edilə bilər səviyyəsiylə də CV anlayışına da maraqlı bir yanaşma gətirmişdi. Ayrıca Vizify-da Twitter profilinizin detallı statistikalarını da öyrənə bilirsiniz. İşə götürənlər üçün də digital mühitdə; bloglar, Twitter ünvanları və instagram hesablarının təqibi baxımından böyük asanlıq təmin edir.

Tətbiqin Yahoo tərəfindən satın alınmasını, 2014-cü ildə şirkətin internet əsaslı parlaq fikirlərə qarşı ilk əhəmiyyətli həmləsi kimi qiymətləndirmək olar.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
112
Başlıqları
195
Reytinq
6.84

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər