Google və Apple, Kodak-ın patentlərini istəyir


Texnologiya dünyasında son zamanlardakı ən çox diqqət mərkəzində olan mövzulardan biri patentlərdir. Hər sahədə rəqabət edən nəhənglər bir-birini üstələmək üçün patent müharibəsi aparır, günlərini məhkəmələrdə keçirirlər. Onlar öz patentləri ilə bərabər əllərini gücləndirmək üçün digər şirkətlərdən də patent alırlar. Google patentləri üçün Motorola-nı aldı, Microsoft İBM-dən patentlər aldı və s. belə nümunələri görmək olar.
Daha bir patent mübarizəsinin isə bu yaxınlarda başlanacağı deyilir. Bir müddət əvvəl iflas etdiyini bildirən Kodak şirkəti özünün 1100 ədəd patentini satacaq. The Wall Street Journal isə yazır ki, bu patentlər uğrunda Google və Apple liderliyi ilə iki müxtəlif mübarizə aparacaq. Apple tərəfində MicrosoftIntellectual Ventures var. Google tərəfdə isə HTC, LG, SamsungRPX-dir.
Patentlər 8 avuqsta auksionda satışa çıxacaq. Bu zaman The Wall Street Journal-ın iddialarının nə dərəcədə doğru olub olmadığını görəcəyik.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər