Azərbaycanda Mobil cihazların qeydiyyat mərkəzi yaradılır


Press-reliz: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq ölkə ərazisində Mobil cihazların qeydiyyat mərkəzi yaradılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan mərkəzin məqsədi mobil cihazların qeydiyyat sisteminin (MCQS) tətbiqidir. Mərkəzdə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu Qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulmuşdur. Mərkəz işə düşdükdən sonra MCQS vasitəsilə qeydiyyatsız, oğurluq və klon cihazların İMEİ kodları vasitəsilə identifikasiya olunaraq mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaqdır.

Qeyd etmək lazımdır ki, fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodlarının monitorinqinə başlanmışdır. IMEI kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və öklənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çixarmağa imkan verəcəkdir. Monitorinq nəticəsində saxta IMEI kodları olan mobil cihazlar da aşkar olunacaqdır. Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Şəbəkədən məhdudlaşdırma prosesi mobil cihazların qeydiyyat sisteminin (MCQS) istifadəyə verilməsindən sonra planlaşdırılır.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər