Microsoft Azərbaycanın yeni baş meneceri təyin edildi


Press-reliz: Rüfət Hacıəlibəyov Microsoft Azərbaycan şirkətinin baş meneceri vəzifəsinə təyin edildi. R. Hacıəlibəyov yeni vəzifəsinə 2012-ci ilin 23 yanvarından başlayacaq.

Microsoft Azərbaycan şirkəti Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropanın Yeni Bazarları regional bölməsi çərçivəsində fəaliyyət göstərir və ən dinamik şəkildə inkişaf edən bölmələrdən biridir.

Rüfət Hacıəlibəyov Microsoft şirkətinə satışlar, marketinq və İKT sektorunda insanların idarəedilməsi sahəsindəki 16-illik təcrübəsini gətirəcəkdir.

Bu təyinatdan əvvəl Rüfət Hacıəlibəyov təxminən səkkiz il ərzində Hewlett-Packard şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışdır.

HP-də çalışdığı müddət ərzində o, şirkətin əməliyyat fəaliyyətinə, satışlara, marketinqə, həmçinin müştəri və tərəfdaşların cəlb edilməsinə, servis, maliyyə və insan qaynaqlarının idarəedilməsinə məsuliyyət daşıyırdı.

1975-ci ildə təsis edilmiş Microsoft şirkəti (Nasdaq “MSFT”) insanlara və bizneslərə öz tam potensiallarının reallaşdırılmasına köməklik edən proqram təminatı, xidmətlər və həll yolları sahəsində dünyada liderdir.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
347
Reytinq
1.13

1 şərh

annashetty
Məlumatı paylaşdığınız üçün təşəkkür edirik! Batareyanın dəyişdirilməsi fikri, batareyanın şarj edilməsini gözləmədən daha yaxşı səslənir. 192.168.l.l

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər