Reytinq
0.00

Təhlükəsizlik

3 oxucu, 144 başlıq
RSS

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Hackathon” müsabiqəsinə start verildi

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə “Hackathon” müsabiqəsi təşkil olunub. Bu gün Yüksək Texnologiyalar Parkında müsabiqəyə start verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin (IDS üçün skript, modul və ya proqram həlli) təqdim edilməsidir. Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi...

“Kaspersky Lab”: Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

Bakı – 7 mart 2019-cu il. “Kaspersky Lab” şirkətinin müşahidələrinə əsasən, 2018-ci ildə mobil cihaz istifadəçiləri tarix boyunca kibercinayətkarların ən güclü hücumları ilə rastlaşıblar. Zərərli mobil proqram təminatından istifadə ilə edilən hücumların sayı 12 ay ərzində demək olar ki, iki dəfə artaraq 117 milyona çatıb, bununla belə, mobil platformalarda bu zərərvericilərin sayı azalıb. Ekspertlər bunu cinayətkarların yeni yoluxdurma...

“AzInTelecom” “Kasperski Lab”ın rəsmi partnyoru oldu

Bakı – 25 fevral 2019-cu il. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri sayılan «Kasperski Lab»ın rəsmi partnyoru olaraq kommersiya məqsədi ilə bazara daxil olur. Əməkdaşlığa əsasən, “AzInTelecom”un AZCLOUD bulud provayderi korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin...