Reytinq
0.00

Təhlükəsizlik

3 oxucu, 155 başlıq
RSS

“Kaspersky Lab” spam zənglərin daha intensiv olduğu vaxtları müəyyənləşdirib

Bakı. 23 avqust 2019-cu il. “Kaspersky Lab” şirkətinin məlumatına görə*, hər dörd smartfon istifadəçisindən üçünə (72%) hər ay spam zənglər gəlir. Spamerlər daha çox cümə axşamı və cümə günləri, 16.00-18.00 saat aralığında zəng edirlər. Arzuolunmaz zənglər siyahısının onluğuna kollektorlar və reklam zəngləri, riskli maliyyə əməliyyatları və investisiya təklifləri daxildir. “Spam zənglər abonentləri bərk əsəbləşdirir....

“Kaspersky Lab”: cinayətkarlar spamları nüfuzlu şirkətlərin saytlarından yayırlar

Bakı. 15 avqust 2019-cu il. “Kaspersky Lab” şirkətinin mütəxəssisləri qeyd edirlər ki, cinayətkarlar spam yayılmasının yeni üsulunu tapıblar. Bu üsul nüfuzlu şirkətlərin ligitim saytlarındakı geri dönüş vasitəsi ilə həyata keçirilir. Bu hiylə, bəzi spam filtrlərini aşaraq reklam, fişinq linkləri və zərərverici kodları istifadəçidə şübhə yaratmadan yaymaq imkanı verir. Spamların yayılması üçün istifadə olunan bu üsul saytlardakı geri dönüş...

Bank troyanları 2019-cu ilin birinci yarım illiyində 430 min istifadəçiyə hücum edib

Bakı. 8 avqust 2019-cu il. “Kaspersky Lab” şirkətinin məlumatına görə, 2019-cu ilin ilk altı ayında bank troyanları dünya üzrə 430 min fərdi və korporativ istifadəçiyə hücum edib. Bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Hücuma məruz qalanların üçdə biri (30%) korporativ istifadəçilərdir. “RTM” troyan virusu əvvəllər olduğu kimi fəallığını qoruyub saxlayır. Bu virus kiçik şirkətlərin maliyyə hesabatlarına cavabdeh...

“Kaspersky Lab”: “FinSpy” casus proqramı qorunan messencerlərdəki adi və gizli yazışmaları oxuya bilir

Bakı. 25 iyul 2019-cu il. “Kaspersky Lab” istifadəçilərin mobil cihazlar üzərindən apardığı bütün əməliyyatları izləyə bilən “FinSpy” proqram təminatını aşkarlayıb. Bu proqram şifrələnmədən istifadə edən “Telegram”, “WhatsApp”, “Signal” və “Threema” kimi messencerlərdən məlumatları toplaya bilir. “iOS” üçün nəzərdə tutulan “FinSpy” proqramı “Jailbreak”in izlərini gizlədə bilir, “Android” üçün nəzərdə tutulan versiya isə super istifadəçi...

Bakıda “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans keçirilib

MİTDİB.Bakı. 25 iyul 2019. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyulun 25-də Bakı şəhərində “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans keçirib. Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) konfrans zalında keçirilən tədbirə KİV nümayəndələri, QHT təmsilçiləri, həmçinin, internet və sosial şəbəkə fəalları olmaqla 55 nəfər qatılıblar. Tədbir, Azərbaycan Respublikasının Prezidenti...

“From Kurils with love”: “Kaspersky Lab” ekoloq və sənədli film çəkənlərin Kuril adalarına ekspedisiyasını dəstəkləyir

Bakı. 18 iyul 2019-cu il. Eko fəallar, sənədli film çəkənlər və fotoqraflardan ibarət böyük komanda Yevgeniy Kasperski ilə birlikdə Kuril adalarına 12 günlük ekspedisiyaya yola çıxıb. “Kaspersky Lab” tərəfindən maliyyələşdirilən səfərin məqsədi arxipelaqın unikal ekosistemini araşdırmaq və Kuril adalarının qarşılaşdığı ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etməkdir. Ekspedisiya Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF)...

“Kaspersky Lab” və İnterpol kibercinayətkarlıqla birgə mübarizə sahəsində əməkdaşlığa davam edir

Bakı. 11 iyul 2019-cu il. «Kaspersky Lab» şirkətinin baş direktoru Yevgeniy Kasperski və İnterpolun hüquq mühafizə orqanları ilə iş üzrə icraçı direktoru Tim Morris beş illik əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, «Kaspersky Lab» mütəxəssisləri İnterpola kibercinayətlərin araşdırılmasında yardım edəcək, zabitlər üçün təlimlər keçirəcək, şirkət tərəfindən aşkar edilmiş ən son kibertəhlükələr və onları araşdırmaq yolları barədə...

“Kaspersky Lab”: Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

Bakı. 4 iyul 2019-cu il. «Kaspersky Lab» şirkətinin mütəxəssisləri son zamanlar “hoax system cleaners” – kompüterin təmizlənməsi və optimallaşdırılması proqramı ilə üzləşən istifadəçilərin sayında iki dəfə artım müşahidə ediblər. Bu proqram istifadəçiləri cihazlarının vəziyyətinin kritik həddə olması ilə qorxudur. “Kaspersky Lab”in statistikasına görə, 2019-cu ilin ilk yarısında bu cür proqramları cihazlarına təxminən 1,5 milyon istifadəçi...

Bir milyonluq kadr: “Kaspersky Lab” “Google Play”də fotoredaktor adı altında pul oğurlayan zərərli proqram tapıb

Bakı. 28 iyun 2019-cu il. “Kaspersky Lab” şirkətinin mütəxəssisləri “Google Play”də zərərli bekdor “MobOk” proqram təminatı ilə təhciz olunmuş iki fotoredaktor həlli tapıb. Tətbiqlərə abunə ingilis, rus və tay dillərində, həm də ödənişli əsaslarla olub. Zərərli proqram gizli hərəkət edib və zərərçəkmişlər ancaq mobil hesablarından pullar gözlənilmədən silindikdən sonra bundan xəbər tutublar. “Pink Camera” və “Pink Camera 2” yalançı...

"Kaspersky Lab": il ərzində təxminən bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

Bakı. 20 iyun 2019-cu il. Son 12 ay ərzində “Kaspersky Lab” həlləri 930 mindən artıq lisenziyasız video oyunlar adı altında zərərli proqram təminatlarının yüklənməsi cəhdlərini aşkarlayıb və qarşısını alıb. Ən çox — təxminən 130 mindən artıq zərərli proqram təminatı “Minecraft” oyunu adı altında gizlədilib. Bundan başqa, cinayətkarlar “GTA 5” və “Sims 4” oyunlarını da istifadə edib. Bu oyunların payına müvafiq olaraq 112 min və 105 mindən...

“Kaspersky Lab” yeni brendinq və loqosunu təqdim etdi

Bakı. 7 iyun 2019-cu il. İyirmi ildən artıqdır ki, “Kaspersky Lab” dünyanı kibertəhlükələrdən qoruyur, istehlakçılara ən yaxşı müdafiə həllərini təqdim edir. Lakin, qloballaşma və rəqəmsallaşma dünyanı dəyişib və biz artıq antivirus laboratoriyası deyilik. Biz, əsasında qabaqcıl yeniliklər, çoxillik təcrübə və kibertəhlükələrin yüksək səviyyəli təhlili duran, geniş innovasiyalı portfeli və xidmətləri olan qlobal texnoloji liderə çevrilmişik....

Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

“Kaspersky Lab” şirkəti 2019-cu ilin ilk dörd ayı ərzində azərbaycanlı uşaqların ən çox ziyarət etdiyi saytları təhlil edib və belə bir nəticəyə gəlib ki, azyaşlılar ən çox əyləncəli multimedianı seçir. Anonim tərtib olunmuş statistikaya görə, ziyarətlərin demək olar ki, yarısı məhz bu istifadəçilərin payına düşür (44%). İnternet-kommunikasiya resurslarına giriş 31% göstərici ilə ikinci pillədədir. Üçüncü yerdə isə cəmi 6%-lə kompüter oyunları...

“Kaspersky Lab”: İlin əvvəlindən Azərbaycanda fərdi istifadəçilərin 20%, korporativ istifadəçilərin isə 11%-i internet təhdidləri ilə üzləşib

Bakı. 30 may 2019-cu il. Bu ilin əvvəlindən Azərbaycanda təxminən hər beş istifadəçidən biri internetdə müxtəlif kiber təhlükələrlə, hər iki istifadəçidən biri isə lokal (şəbəkədən yox, müxtəlif daşıyıcılardan, məsələn USB) təhdidlərlə üzləşib. “Kaspersky Lab” şirkəti bu nəticələri yanvar ayının 1-dən aprel ayının 30-dək bulud infrastrukturunda “Kaspersky Security Network” (KSN) həllinin qoruyucu komponentlərinin işləməsi barədə məlumatları...

Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür: “Kaspersky Lab” əşyaların internetinin nə qədər zəif olduğunu əyani olaraq göstərdi

Bakı, 16 may 2019-cu il. Aprel ayının sonunda Keyptaunda keçirilmiş “Cyber Security Weekend 2019” konfransına dəvət olunmuş 13 yaşlı vunderkind Ruben Pol 10 dəqiqə ərzində dronun idarəetməsini ələ keçirərək, əşyaların internetinin həssaslığını nümayiş etdirdi. O, bunu, pilotsuz qurğunun proqram təminatında aşkarladığı təhlükəli protokollar vasitəsilə etdi. Bu təcrübənin məqsədi — əşyaların internetini istehsal edən (dronlar,...

“Kaspersky Lab” məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırdı

Bakı, 2 may 2019. 95% halda əgər insanın soyuducusu səliqəlidirsə, demək ki, iş fayllarında da səliqə gözlənilir. 85% halda isə, şəxs məzuniyyətdən əvvəl soyuducusunu təmizləyirlərsə, demək ki, istirahət öncəsi elektron sənədlərini də eyni qaydada səliqəyə salır. “Kaspersky Lab”in apardığı “Rəqəmsal qarışıqlıq” tədqiqatının nəticələri belə deməyə əsas verir. Sorğu dünya üzrə 7min əməkdaş arasında keçirilib. Səliqə vərdişi korporativ...

Ziyanvericilər yaxındadır: “Kaspersky Lab”ın versiyasına görə “Taxtların oyunları” ən viruslu serial oldu

Bakı, 11 aprel 2019-cu il. Kibercinayətkarlar zərərli proqram təminatlarını yaymaq üçün son vaxtlar məşhur televiziya seriallarının pirat versiyalarını istifadə edirlər. Kaspersky Lab-ın mütəxəssisləri son iki ildə məşhur olan teleşouların epizodlarını təqdim edən zərərli faylların yüklənməsi statistikasını təhllil edərək belə qənaətə gəliblər. Ən “viruslu” 2018-ci ildə bütün zərərli faylların 17% təşkil edərək “Taxtların oyunları” serialı...