“Kaspersky Lab”: Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb


Bakı – 7 mart 2019-cu il. “Kaspersky Lab” şirkətinin müşahidələrinə əsasən, 2018-ci ildə mobil cihaz istifadəçiləri tarix boyunca kibercinayətkarların ən güclü hücumları ilə rastlaşıblar. Zərərli mobil proqram təminatından istifadə ilə edilən hücumların sayı 12 ay ərzində demək olar ki, iki dəfə artaraq 117 milyona çatıb, bununla belə, mobil platformalarda bu zərərvericilərin sayı azalıb. Ekspertlər bunu cinayətkarların yeni yoluxdurma üsullarından istifadəsi və zərərli proqram təminatının yayılmasında artıq sınaqdan keçirilmiş sxemlərin (məsələn, spam SMS-lər) daha da gücləndirilməsi ilə əlaqələndirirlər.

İlin əsas təhlükəsi isə sayı 1,5 dəfə artaraq yeni rekord qıran mobil bank troyanları olub. Ümumilikdə, 12 ay ərzində bu zərərvericilər 180 ölkədən 1,8 milyon istifadəçiyə hücum edib. “Kaspersky Lab” şirkətinin məlumatına görə, Azərbaycan smartfon və planşetlər üzərindən maliyyə təhlükələri ilə üzləşən istifadəçi sayının çoxluğuna görə bu ölkərin siyahısında ilk 10-luğa düşüb. Bu cür yüksəlişin əsas “günahkarları” – ikinci rübdən başlayaraq rekord sürətlə yayılan Asacub və Hqwar troyanlarıdır.

Lakin mobil bank troyanları sadəcə öz kütləviliklərinə görə fərqlənmirdilər. Kibercinayətkarlar məsələnin texniki tərəfinə də kifayət qədər önəm veriblər. Məsələn, onlar ən çox Androiddə “Accessibility Services”-dən istifadə edirlər: bu, onlara isitfadəçinin peşəkar kömək olmadan silə bilməyəcəyi şəkildə cihaza bağlanmağa imkan verir. Bundan başqa, cinayətkarların arsenalında dinamik analizə qarşı çıxan üsullar peyda olub, belə ki, Rotexy troyanı faylların təhlükəsizliyini yoxlamaq üçün modelləşdirilmiş mühitdə buraxılmasını da anlaya bilir. Obfuskasiya – yəni, məqsdəli qarışıqlıq – ilə birləşdikdə bu texnika daha da effektiv olur və antivirus vasitələri tərəfindən aşkarlanmasına mane olur.

Mobil maynerlərin sayı isə, əksinə olaraq, beş qat artıb. Ekspertlər bunu bir neçə faktorla əlaqələndirirlər. İlk növbədə, müasir mobil cihazlar daha güclü qrafik prosessorlarla komplektləşdirilir ki, bu da onları kriptovalyuta ovunda daha səmərəli vasitəyə çevirir. İkincisi, mobil cihazları virusa yoluxdurmaq nisbətən daha asandır, çünki istifadəçilər çox vaxt onun müdafiəsinə laqeyd yanaşırlar. Son olaraq, mobil cihazların sayı çoxdur və getdikcə də artmaqdadır.

“Mobil təhlükələr dünyası daimi olaraq sadəcə zərərli proqramların sayı və onların hər modifikasiyasında texniki cəhətdən mükəmməlləşməsi baxımından inkişaf etməsə də, hər iki proses ümumi gedişata təsir edir. Mobil cihazların sürətlə yayılması cinayətkarlar üçün başqalarının pulunu ələ keçirmək və önəmli informasiyaya keçid üçün yeni imkanlar açır və onlar, şübhəsiz ki, bu imkandan faydalanmaqdan çəkinmirlər. 2018-ci il göstərdi ki, bu və ya digər zərərvericinin sakitliyinin arxasından həqiqi bir epidemiya gələ bilər. Buna misal olaraq, Asacub bank troyanı və onun “həmkarlarını” göstərmək olar. İstisna olunmur ki, bu il biz digər təhlükəli zərərvericilərin intibahı ilə qarşılaşa bilərik”, — deyə “Kaspersky Lab” şirkətinin antivirus üzrə eskperti Viktor Çebışev bildirib.

Ümumilikdə, kibertəhlükələrdən, eləcə mobil kibertəhlükələrdən müdafiə olunmaq üçün “Kaspersky Lab” şirkəti aşağıdakı tövsiyələri verir:

tanışlarınız göndərmiş olsalar belə mail qutunuzda və messencerdə şübhəli keçidləri açmayın
mütəmadi olaraq proqramları və əməliyyat sistemi yenilənmələrini quraşdırın;
mütəmadi olaraq vacib məlumatların ehtiyat sürətini çıxarın;
tətbiqləri yalnız rəsmi mağazalardan quraşdırın və yalnız həmin tətbiq üçün müvafiq icazələri təsdiqləyin;
etibarlı müdafiə vasitəsindən edin, mobil cihazlarda da.

Mobil təhlükələrin inkişaf tendensiyası ilə bağlı daha ətraflı “Kaspersky Lab” şirkətinin hesabatında tanış ola bilərsiniz: securelist.ru/mobile-malware-evolution-2018/93451/.

2017-2018-ci illərdə mobil bank troyanlarının hücum sayı.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
127
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər