İnternetə siyasətçilərin şəxsi məlumatları sızdı


Almaniyalı siyasətçilər və bəzi jurnalistlərin şəxsi məlumatları internetə sızıb.

Haker hücumu Yeni ildən əvvəl baş versə də, yerli KİV ancaq bu gün xəbər tuta bilib.

İnternetə sızan məlumatlar arasında siyasətçi və jurnalistlərin mobil telefon nömrələri, ünvanları, şəxsi yazışmaları və ailə fotoları var.

“Bild” nəşri mənbəsinə istinadən xəbər verir ki, haker hücumunun qurbanı olan siyasətçilər arasında Almaniya kansleri Angela Merkel də var. Hücumun arxasında kimin dayandığı hələ ki, bilinmir.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
127
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər