CYBERO Kibertəhlükəsizlik Mərkəzi 2018-ci il üzrə .az zonası üzrə kiber hücumların monitorinqini apararaq onların analizini aparmışdır.



Hücumların analizinə və statistikasına keçməzdən öncə bildirmək istərdik ki, CYBERO Kibertəhlükəsizlik Mərkəzi növbəti ildən hər ay ".az" zonalı internet informasiya resurslarına qarşı həyata keçirilmiş kiber hücumların statistikasını və monitorinq nəticəsini sizlərlə bölüşəcək.
Əldə edilən məlumatlar əsasında aparılan monitorinqə əsasən 2018-ci il ərzində ".az" zonalı internet informasiya resurslarına qarşı çox saylı kiber hücumlar nəticəsində 89 veb resursa hacker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunmuşdur. Hücum olunan veb resursların analizi göstərir ki, onların 25-i informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 54-ü isə server sazlamalarının düzgün qurulmaması nəticəsində hackerlərin hədəfinə çevrilmişlər. Analizlər eyni zamanda bu verb resursların 12-sinin təkrar-təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqları aradan qaldırmaq üçün lazimi tədbirlərin görülməməsi faktını ortaya çıxarmışdır.
Hücum həyata keçirilən saytların Host olunmasının ölkələr üzrə 10%-i Azərbaycan, 40%-i ABŞ, 15%-i Almaniya, 10%-i Rusiya, 10%-i Türkiyə, 15%-i isə digər ölkələrin payına düşür.
Hücumların 68%-inin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq CYBERO bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir!
Kiber Hücumların qurbanı olmamanız üçün, CYBERO Kibertəhlükəsizlik Mərkəzi sizə informasiya resurslarınızdakı boşluqların analizi üçün audit/pentest, kiber hücumların tədqiqi kimi xidmətlərini, o cümlədən sahə üzrə “Secure Programming”, “WhiteHat Pentester”, “System Administrator” kimi təlimlərini təklif edir!
CYBERO Kibertəhlükəsizlik Mərkəzi Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətiylə təbrik edir sizə Yeni ildə hücumlardan uzaq, təhlükəsiz və uğurlu günlər arzulayır!
Yeniliklər və oxşar xəbərlər üçün bizi saytımızdan, facebook və instagram səhifələrimizdən izləyə bilərsiniz!

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
144
Reytinq
0.00

2 şərh

EvaGreen
This excellent website truly has all of the info I wanted concerning this subject and didn’t know who to ask.
smartsurveys4u
marketingnerd
É realmente uma maneira criativa de apresentar informações usando infográficos. Dê uma olhada em um site similar chamado downloadfestival.online

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər