“Kaspersky Lab” Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğunu müəyyənləşdirib



Bakı – 19 dekabr 2018-ci il. “Kaspersky Lab” şirkəti Azərbaycanın iternet istifadəçiləri arasında hansı sosial şəbəkələrin populyar olduğunu və istifadəçilərin hesabların sındırılması ilə nə qədər rastlaşdığını müəyyən edib.

Şirkət tərəfindən 2018-ci ildə keçirilən araşdırmanın* nəticələrinə görə, Azərbaycanda internet istifadəçilərinin 97%-i müntəzəm olaraq “YouTube”a daxil olur. İstifadəçilər arasında daha sonra populyarlığına görə “Instagram” (84%), “Facebook” (81%), “Mail.ru” (52%), “Google+” (48%), “Vkontakte” (24%), “LinkedIn” (20%), “Twitter” (19%) və “Odnoklassniki.ru” (14%) şəbəkələri yer alıb.

Messencer xidmətlərinə gəldikdə isə Azərbaycan istifadəçiləri arasında daha çox “WhatsApp” (97%) populyardı. Daha sonra “Facebook Messenger” (73%), “Skype” (53%), “Agent Mail.ru” (25%), “Viber” (20%), “Twitter” (19%), “Vkontakte” (19%) və “Telegram” (16%) gəlir. Maraqlısı odur ki, sorğu istifadəçilərinin 74%-i yazışma üçün ənənəvi olaraq SMS-i seçir.

Təəccüblü deyil ki, internetdə bu cür fəallıq nəticəsində bəzi istifadəçilər kibertəhdidlərdən əziyyət çəkir. “Kaspersky Lab” müəyyən edib ki, təxminən hər onuncu istifadəçi hesabların sındırlması ilə qarşılaşıb. Bununla belə, əksər hallarda (78%) cinayətkarlar hesabları sosial şəbəkələrdə sındırıb.

“İndiki dövrdə kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil. Cinayətkarlar hücumlar üçün müxtəlif alətlər yaradır, onlardan istifadə edir, funksionallığını daim dəyişir və genişləndirirlər ki, bu da onlara istifadəçilərin məxfi məlumatlarını daha tez əldə etməyə imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır”, — deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Araşdırma onu da göstərib ki, sorğuda iştirak edənlərin 42%-i kibertəhlükəsizlik haqqında yalnız ümumi, 32%-i isə məhdud biliyə malikdir, halbuki respondetlərin 16%-i kibertəhdidlərdən qorunmaq üçün kifayət qədər məlumatlıdır.

*Tədqiqat “Kaspersky Lab”ın sifarişi ilə 2018-ci ilin oktyabr ayında ERA şirkəti tərəfindən keçirilib. Fərdi müsahibələr çərçivəsində Azərbaycanda yaşı 18-dən 65-dək olan 300 aktiv internet istifadəçisi sorğuda iştirak edib.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
127
Reytinq
0.00

5 şərh

eddie007
if you are any window10 related help to go this website. there are more important artical of this website get help windows 10 then important of the you personal knowledge.
chibi
Currently, social networks are being used all over the world and are being used by many people and me. Thank you for sharing the information. vex 3
chibi
Your topic is receiving a lot of followers and me too. Thank you for sharing. I hope to get more interesting topics.
Keystonegroup
Awesome post! Really enjoyed this post.Thanks for sharing here. Please also visit: Commercial property valuation
louisjackson
Hotmail has been one of the most used email portals for a while now. Click wwww.hotmail.com to use Hotmail account.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər