“Kaspersky Lab” qarşıdakı futbol üzrə dünya çempionatından kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb


“Kaspersky Lab”ın mütəxəssisləri internetdə hər halda qarşıdan gələn futbol üzrə dünya çempionatı mövzusundan istifadə edən yüzlərlə fişinq domen aşkar ediblər. Bütün bu mövzular başlıca olaraq istifadəçilərin məxfi məlumatlarını, o cümlədən login, parol və bank kartlarının nömrələrini ələ keçirmək üçün yaradılıb. Lakin fırıldaqçılar çox vaxt dərhal qazanc əldə etməyə çalışırlar: məsələn, futbol yarışlarına biletlərin satışından. Bəzi hallarda biletin qiyməti rəsmi qiymətdən 10 dəfə baha idi. Bununla belə, alıcıya heç bir zəmanət verilmir. Məxfi məlumatların mümkün sızıntısı və pulun itirilməsi ilə yanaşı, bilet saxta ola bilər, orijinal olduğu halda belə, çox güman ki, başqa insanın adına rəsmiləşdirilmiş olacaq. Nəticədə, şəxsi məlumatların biletdəki ilə uyğun gəlməməsi stadiona daxil olarkən problem yarada bilər.

Saytlarına qanuni görünüş vermək üçün cinayətkarlar “world”, “world cup”, “FIFA”, “Russia” və bu kimi söz kombinasiyalarından istifadə edərək domen adlarını qeydiyyatdan keçirirlər. Lakin bir qayda olaraq bu cür domenlər yenə də süni görsənir – məsələn, fifa.ucozx.site. Göründüyü kimi saxtakarlığı asan müəyyən etmək olar: bunun üçün spam-məktubda və ya saytın ünvanında linki diqqətlə öyrənmək gərəkdir.

“Kaspersky Lab”ın statistikasına əsasən, fişinq resurslarının sayının artımı ən çox sözügedən çempionatın yarışlarına bilet satılan zaman qeydə alınıb. Hər bir mərhələ başlayarkən cinayətkarlar bilet satışı xidmətlərini kopiyalayan, tərəfdaş şirkətlərdən olan aksiyaları, həmçinin, FIFA-nın şəxsi kabinetinə girişi təqlid edən spam-yollamalarını işə salıb, öncədən tədarük edilmiş saytları aktivləşdirirdilər. Çempionat yaxınlaşdıqca sözügedən prosesə daha çox cinayətkarlar cəlb edilir və nəticədə cinayət sxemlərinin müxtəlifliyi artır.

Belə ki, mayın sonunda internetdə tanınmış aviaşirkətlərdən ucuz aviabilet təklifləri üzrə fişinq geniş yayılmışdı. Buna əlavə olaraq, yenə də avişirkətlərin adından təyyarəyə biletlər oynanılırdı. Ekspertlər zənn edirlər ki, ən yaxın gələcəkdə şəbəkədə mənzil kirayəsi ilə məşğul olan tanınmış şirkətlərin adından “sərfəli təkliflər”lə fişinq saytıları və göndərmələr üzə çıxacaq.

“Əhəmiyyətli beynəlxalq hadisələr həmişə fırıldaqçıları cəlb edir. Ümumi ajiotaj və yüksək marağa görə onlar diqqətsiz istifadəçilərdən pul və dəyərli məlumatlar əldə etmək niyyətindədirlər. Əksər hallarda onlar doğurçu saytlara bənzər saytlar yaradırlar: işlək interfeys, keyfiyyətli səhifələr və ünvan sətrində https. Bu səbəbdən internetdə həmişə sayıq olmaq lazımdır. Fırıldaq səhifələrin müəyyənləşdirilməsini isə keyfiyyətli həllərə etibar etmək yaxşı olardı”, — deyə “Kaspersky Lab”ın aparıcı məzmun analitiki Andrey Kostin izah edir.

Futbol üzrə dünya çempionatı ərəfəsində fırıldaqçıların qurbanına çevrilməmək üçün “Kaspersky Lab” şirkəti bir neçə qaydaya riayət etməyi tövsiyə edir:

biletləri yalnız FIFA-nın rəsmi saytında və ya kassalarda əldə edin;
imkan daxilində onlayn-alış-veriş üçün ayrıca bank kartı açın və orada saxlanılan pul vəsaitini məhdudlaşdırın;
tanımadığınız adamdan məktub alarkən link və əlavələrə keçməyin;
linklərin ünvanını ayrıca brauzerdə yazaraq yoxlayın;
spam vasitəsilə reklam olunan məhsulları almayın – heç kim sizə zəmanət verə bilməz;
fişinq və spam kimi bütün aktual kibertəhlükələri bloklayan müdafiə həllərindən istifadə edin.

Daha ətraflı “Kaspersky Lab”ın hazırladığı hesabatda: securelist.ru/2018-fraud-world-cup/90108/.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
115
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər