"Mavi balina" oyunu Azərbaycanda


Rusiya, Qazaxıstan, Qırğızstan, Ukrayna, Hindistan kimi ölkələrdə yayılan və daha çox 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən “Mavi balina” adlı oyunhər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklindəmövcud deyil. Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir.

Belə ki, sosial şəbəkələrdə müəyyən “hashtag” və qruplar yaradılmaqla oyun idarəçi(admin) tərəfindən yönləndirilir.

Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filter tətbiq edir, müxtəlif dillərdə “mavi balina” adı altında yaradılan “hashtag”ları bloklayır.

İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm “Aztelekom” həm də “Baktelecom” internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə “Təhlükəsiz İnternet” xidməti təqdim edir.

Bu filtrasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilir.

Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin, istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar.

Məsələ ilə bağlı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə yetkinlik yaşına çatmayan uşaqlarının internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət etməsini tövsiyə edir. Eyni zamanda valideynlərin uşaqların psixoloji vəziyyətindəki neqativ istiqamətdə dəyişiklikləri nəzərə almaları və bu məsələyə xüsusi diqqət yetirmələri vacib hesab olunur.

Uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur.

Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət sistemi üzrə alətlərin quraşdırılması vacibdir.

Valideynlər övladlarının “Mavi balina” oyununu oynadığını fərq etdiyi təqdirdə ilk növbədə bütün elektron alətlərdən internetə daxilolmanı kəsmələri məsləhətdir.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
87
Reytinq
0.00

1 şərh

billyx
The game is said to keep running on various social media platforms and is described as a connection between an executive and Assignment Help member. Over a time of fifty days the head sets one task per day.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər