Amerikada rəsmi qurumlarda Kaspersky qadağan olundu


ABŞ hökuməti dövlət qurumlarına yaxın üç ay ərzində «Kasperski Laboratoriyası»nın məhsullarından imtina etmək barədə göstəriş verib. Bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, «Kasperski Laboratoriyası»nın məhsulları ölkənin təhlükəsizliyinə xələl gətirir və Rusiya hökuməti tərəfindən Birləşmiş Ştatların hökumət sənədlərinə çıxış məqsədilə istifadə oluna bilər.
Yaxın 30 gün ərzində bütüm dövlət qurumları «Kasperski Laboratoriyası»nın məhsullarının mövcudluğu barədə hesabat tərtib etməli, 60 gün ərzində başqa şirkətlərin məhsullarına keçid barədə düşünməli, 3 ay sonra isə Rusiya istehsalı olan bütün antivirus proqramlarından imtina etməlidir.
ABŞ hökuməti «Kasperski Laboratoriyası»nın bəzi nümayəndələrinin Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilir.
«Kasperski Laboratoriyası» isə bu qərara etiraz etmək hüququnu özündə saxladığını bildirib.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
83
Reytinq
0.00

1 şərh

MichaelD123
Many thanks for sharing this very diverse opinion post where each expert has no doubt shared his best knowledge on the topic. Have more success in your journey.
Economics Assignment Help Australia

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər