Azərbaycan qlobal kibertəhlükəsizlik indeksində TOP-50likdə


Beynəlxalq Telekommunikasiya İttifaqı 2017-ci il üçün Qlobal kibertəhlükəsizlik indeksini açıqlayıb.İctnews-un məlumatına əsasən, reytinqdə Azərbaycan 0,559 balla 48-ci yerdə qərarlaşıb. Ölkəmiz MDB ölkələri arasında Ukrayna (59-cu yer), Moldova (73), Qazaxıstan (83),Tacikistan (91), Özbəkistan (93), Qırğızıstan (97), Ermənistan (111) və Türkmənistanı (132) geridə qoyaraq, 4-cü pillədə yer alıb.

İndeksin ilk beşliyində Sinqapur, ABŞ, Malayziya, Oman və Estoniya qərarlaşıblar.
Qlobal kibertəhlükəsizlik indeksi üzv dövlətlərin kibertəhlükəsizliyə sadiqliyinin ölçüldüyü sorğudur. İndeks dünyanın 193 ölkəsini birləşdirir. Ölkələr Qlobal kibertəhlükəsizlik indeksində 5 əsas göstəriciyə görə qiymətləndirilir: qanunvericilik bazası, texniki məlumatlar, təşkilati məsələlər, keyfiyyətin yüksəldilməsi və əməkdaşlıq.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
86
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər