"WhatsApp"da bu mesaj gələrsə dərhal silin


Ağıllı telefon istifadəçilərinin ən sevimli tətbiqetmələrindən olan WhatsApp-la əlaqədar təhlükəli bir mesaj meydana çıxıb. Belə ki, İngiltərədən başlayaraq bütün dünyaya yayılan mesajda «WhatsApp-dan istifadə müddətiniz bitdi» sözləri yer alır. Daha sonrakı daimi istifadə üçün 0.99 funt (2.15 AZN) ödəniş tələb olunur.

Fərdi məlumatlarınz təhlükədə!

Gələn mesajda yer alan keçid (link) vasitəsilə istiqamətləndirilən səhifə vasitəsilə isə təhlükəli məzmunlar telefonunuza yüklənir. Bununla da bütün şəxsi məlumatlarınız kibercinayərkarlar tərəfindən ələ keçirilir. Bu səbəbdən bənzər məzmunlu bir mesaj aldıqda, dərhal silməyiniz tövsiyyə olunur.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
86
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər