“WannaCry” virusuna yoluxanların çoxu bu əməliyyat sisteminin istifadəçiləridir


Virtual dünyanı cənginə alan “WannaCry” virusuna yoluxma hallarının 98%-i “Windows 7” sisteminin idarəetməsi altında işləyən kompüterlərin payına düşür, həm də yoluxmaların 60%-dən çoxu sözügedən sistemin 64 bitlik versiyasına zərər vurub. «Kasperski Laboratoriyası»nın analitikləri bildiriblər.

Statistikaya görə, sözügedən virusa yoluxmuş kompüterlərin 1%-dən az hissəsi “Windows Server 2008 R2” və “Windows 10” (0,03%) sistemləri ilə işləyir. «Kasperski Laboratoriyası»nın mütəxəssisi Kostin Rayunun sözlərinə görə, “Windows XP” əməliyyat sistemi ilə işləyən kompüterlərin sözügedən virusa yoluxma halları cüzidir".

“WannyCry” virusunun özəl cəhəti öz-özünə çoxalma funksiyasıdır. Ekspertlərin məlumatına görə, fırıldaqçı proqram təminatından zərərçəkənlərin sayı artıq 400 mindən çoxdur.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
86
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər