Bakıda gələcək kibertəhlükələr müzakirə olunacaq - beynəlxalq konfrans


6-9 Noyabr 2017-ci il tarixində Bakı şəhərində “Uncovering Future Threats” (Gələcəkdəki təhlükələrin müəyyən olunması) mövzulu OİC-CERT-in illik konfransı baş tutacaq. Konfransın əsas təşkilatçılığını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi öz üzərinə götürüb.

“OIC-CERT” İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün “Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri”ni özündə birləşdirən təşkilatdır. XRİTDA-nın Kompüter İnsidentlərinə qarşı Mübarizə şöbəsi 2013-cü ildən bu təşkilatın tamhüquqlu üzvü, 2016-cı ildən isə İdarə Heyətinin üzvüdür. Hər il növbəli olaraq üzv ölkələrin təklifləri əsasında bu təşkilatın illik yekun hesabatı və informasiya təhlükəsizliyi üzrə konfransı keçirilir.

2017-ci il 20 aprel tarixində “OİC-CERT” İdarə Heyətinin üzbə-üz görüşü baş tutmuş və iclasda təşkilatın 9-cu beynəlxalq illik konfransının keçirilməsi ilə əlaqədar üzv dövlətlərin təklifləri dəyərləndirilmişdir. İdarə Heyəti səs çoxluğu ilə növbəti 9-cu beynəlxalq illik konfransın Bakı şəhərində keçirilməsi ilə əlaqədar qərar qəbul etmişdir.

Konfransın yeri, proqramı, spikerləri və sair barədə məlumat yaxın zamanlarda təqdim olunacaq.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
86
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər