Sosial şəbəkə istifadəçiləri daha çox “like” yığmaq üçün belə edirlər


İnsanlar cəmiyyət tərəfindən tanınma axtarışında daha tez-tez sosial üz tutmağa başlayıblar. “Kaspersky Lab” şirkətitərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, dünyada sorğuda iştirak etmiş respondentlərin 24%-i sosial şəbəkələri həm də özlərinin, uşaqlarının və dostlarının uğurlarını nümayiş etdirmək çıxarmaq üçün istifadə edirlər. Öz məqsədlərinə çatmaq üçün (çoxlu ”like” və şərhlər) onların bəziləri təhlükəsizlik və etik nöqteyi-nəzərdən mübahisə doğuran güzəştlərə getməyə hazırdırlar, xüsusən də bu işdə kişilər daha çox həvəslidirlər.

Güclü cinsin nümayəndələri şəxsi gizlilikləri haqqında düşünməyə çox da meylli deyillər: 9% kişi boynuna alıb ki, lazımi qədər “like” toplayacağına təminat verəcəyi təqdirdə çılpaq şəkillərini belə paylaşmağa hazırdırlar. Qadınlar arasında isə bu göstərici yalnız 5% təşkil edib.Öz açıq-saçıq şəkillərini dostlarıyla bölüşməyə isə 12% kişi və 8% qadın razılaşacağını bildirib. Sorğuda iştirak etmiş xanımların 9%-i olduqları yer və necə vaxt keçirmələri barədə məlumatları “like” xətrinə şişirdə biləcəklərini deyiblər, kişilər arasında isə bu göstərici 14% təşkil edib.

“Like” hərisliyi sosial şəbəkə istifadəçilərini nəinki etik normaları pozmağa, həm də yaxın dostlarının maraqlarına zidd olan informasiyanı paylaşmağa belə sövq edir. Kişilərin 13%-i etiraf ediblər ki, yaxınlarının açıq-saçıq paltarlarda şəkillərini dərc edə bilərlər (bu göstərici qadınlarda 6%-dən bir az yuxarı olub). Kişilər qadınlarla müqayisədə ətraflarında olan insanların gizli və ya utandırıcı məlumatlarını açıqlamağa daha çox meyllidirlər: dostlara qarşı bu cür hərəkət edə bilənlər üzrə göstərici 12% (qadınların 6%-i), həmkarlara qarşı müvafiq olaraq 14% və 8%, müdürlərinə qarşı isə 13% və 8% təşkil edib. Bundan başqa, sorğuda iştirak edən kişilərin 15%-i bildirib ki, dostlarının uyğun olmayan fotolarını paylaşmaq elə də pis hərəkət deyil. Bu fikirlə qadınların 8%-i razılaşıb.

Yaxınların dəstəyi qadınlar və kişilər üçün eyni dərəcədə əhəmiyyətlidir: respondentlərin 29%-i etiraf edib ki, əgər onlara yaxın olan insan postları bəyənib, şərh etmədikdə narahat olmağa başlayırlar. Bu qeyri-müntəzimlikonunla izah olunur ki, kişilər sosial bəyənməyə daha həssas yanaşırlar – bəylərin 24%-i bildirib ki, az “like” toplama və dostları arasında məşhurluqlarını itirmə qorxuları var. Qadınlarda isə bu göstərici 17% təşkil edib.

“Sosial bəyənilmə axtarışında olanlar hər kəslə bölüşə biləcəkləri və sirr saxlamalı olduqları informasiyanı müəyyənləşdirmə bacarıqlarını itirirlər. Burada şəxsi təhlükəsizliyi təmin etməklə yanaşı, ətrafdakıların şəxsi həyatlarına da hörmət etmək qərəkdir. Araşdırma göstərdi ki, 58% insan hər kəsin qarşısına çıxarmaq istəmədiyi şəkillərin dostları tərəfindən paylaşıldığını gördükdə narahatlıq hissi keçirilər. Hər birimizpaylaşdığımız informasiyaya xüsusi diqqət yetirməli, özümüzü və yaxınlarımızı kibertəhlükələrdən qorumaq üçün xüsusi həllərdən istifadə etməliyik”, — deyə “Kaspersky Lab” şirkətinin sosial media idarəetməsi üzrə rəhbəri Yevgeni Çereşnev bildirib.

Hazırda “Kaspersky Lab” şirkəti sosila şəbəkə istifadəçilərini qorumaq üçün “FFForget” adlı tətbiq hazırlayır. Bu tətbiq sizin şəxsi məlumatlarınızın ehtiyat kopiyasını yaradır, onları şifrələyir və buluda yükləyir. Siz doğmalarınız və dostlarınız üçün bu kontentə çıxış icazəsi verə bilərsiniz. Tətbiqin buraxılışı 2017-ci ildə planlaşdırılıb, lakin dəqiq tarix auditoriyanın marağından asılıdır. Tətbiqi ilk istifadə edənlərdən olmaq istəyirsinizsə, ffforget.kaspersky.com/ saytında qeydiyyatdan keçməklə tətbiqin buraxılışı barədə son xəbərlərdən agah olub və proqramın beta versiyasından istifadə edə bilərsiniz.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
115
Reytinq
0.00

Social network

Sosial şəbəkələr

Oxucuları
1
Başlıqları
17
Reytinq
0.00

1 şərh

Kareko
If you want to sell your apartment without undue delay, please contact skup-nieruchomosci-gdansk.pl. An experienced buyer who will quickly and efficiently carry out the transaction. First quick evaluation, and if the price satisfies the seller, you can immediately arrange the formalities.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər