Cinayətkarlar kriptovalyutaların yığımı üçün özgə kompüterlərdən istifadə edir


Oktyabr ayının sonunda internet aləmində “Zcash” adlı yeni kriptovalyuta meydana çıxıb. Yeni kriptovalyutanın yaradıcılarının sözlərinə görə, bu, bitkoinlərin daha təhlükəsiz və anonim alternatividir. Yarandığı ilk gündən “Zcash”in qiyməti ildırım sürətilə artmağa başladı. Bu şərait yeni kriptovalyutanın əldə edilməsi üçün tətbiqlərin yaradılması prosesinə rəvac verdi. Bir çox hallarda bu tətbiqlər cinayətkarlar tərəfindən heç nədən şübhələnməyən insanların kompüterinə ötürülüb.

“Kaspersky Lab” şirkətinin ekspertlərinə məlum olub ki, kibercinayətkarlar bu cür qazanc əldə etmək üçün ən azı 1 000 ədəd unikal kompüterdən istifadə edirlər. Nəticədə, onlar ay ərzində 6 200 ABŞ dolları dəyərində kriptovalyuta əldə edir ki, bu da onlara il ərzində 75 min dollar “qazanmaq” imkanı verir.

“Zcash” yığımı üçün tətbiqlər istifadəçilərin kompüterinə “Windows” əməliyyat sisteminin məşhur aləti olan “Task Managaer” kimi digər leqal proqramlar formasında düşür. İstifadəçilər tez-tez torrentlərdən xüsusi modullarla təchiz edilmiş proqramlar yükləyir ki, onlar da əksər hallarda pirat proqramları olur.

Texniki baxımdan isə kriptovalyuta yığımı proqramları zərərli deyil. Bununla belə, istifadəçilər bu proqramların qurğuya mənfi təsirlərindən əziyyət çəkirlər. İlk növbədə mayninq enerji sərfedən bir prosesdir. Müvafiq olaraq “Zcash” yığımı üçün istifadə edilən kompüter daha çox enerji sərf edir ki, bu da elektrik enerjisi üzrə ödənilən məbləğin artımına səbəb olur. Bundan başqa, mayninq tətbiqinin işləməsi üçün operativ sistem yaddaşının 90%-i ayrılır və bu da özlüyündə kompüterin sürətini azaldır.

“Mayninq proqram təminatı zərərli proqram sayılmadığı üçün əksər müdafiə həlləri onları təhlükəsiz olaraq qiymətləndirir. Keçmişdə bitkoinlərlə bu, mayninq botnetlərinin yaranmasına səbəb olub – kriptovalyutaların generasiyası üçün gücündən istifadə edilən yoluxmuş kompüterlər şəbəkəsinin yaranmasına gətirib çıxartdı. Yekunda isə vaxt və enerji resursları sərfiyatının həddən çox artması nəticəsində bitkoinlərin mayninq prosesi öz əhəmiyyətini itirdi və bütün bu botnetlər özləri yoxa çıxdı”, — deyə “Kaspersky Lab” şirkətinin antivirus üzrə baş mütəxəssisi Aleksandr Qostyev bildirib.

Kompüteri təhlükədən qorumaq və onu cinayətkarların “Zcash” və digər kriptovalyutaları əldə etmək məqsədilə istifadəsinin qarşısını almaq üçün istifadəçilər əmin olmalıdırlar ki, seçdikləri proqram təminatı zərərli məqsədi olan leqal proqramları tanıyır və onları bloklayır. “Kaspersky Lab” həlli belə funksiyaya makildir və onu tənzimləmələr bölməsindən aktivləşdirmək mümkündür.

Cinayətkarlar tərəfindən “Zcash” mayninqi üçün istifadə edilən proqram təminatı “Kaspersky Lab”ın RiskTool.Win64.BitCoinMiner.bez və RiskTool.Win64.BitCoinMiner.bfa kimi müdafiə məhsulları tərəfindən aşkar edilə bilir.

Özgə kompüterlər vasitəsilə cinayətkarların “Zcash” yığımı ilə pul qazanmaq üsulları haqqında daha geniş məlumatla “Kaspersky Lab” şirkətinin analitik hesabatında tanış olmaq mümkündür: securelist.ru/blog/issledovaniya/29759/zcash-or-the-return-of-malicious-miners/.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
76
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər