Bu şirkətlər birləşir - BƏYANAT


“Facebook”, “Microsoft”, “Twitter” və “YouTube” şirkətləri birgə bəyanat yayıb. Bəyanatına əsasən, yeni yaradılacaq məlumat bazası ekstremist məzmunlu video və şəkilləri ayırd edərək onları bloklamağa imkan verəcək.

«Bizim istehlak xidmətlərimizdə terrorizmi təbliğ edən məzmuna yer yoxdur. Bizə xəbərdarlıq edildikdə hər bir şirkətin siyasətinə uyğun olaraq belə məzmuna qarşı operativ tədbirlər tətbiq edirik» – bəyanatda deyilir. Biz belə informasiyanı bir-birimizlə paylaşaraq öz istehlak xidmətlərimizdə yerləşdirilmiş terrorçularla bağlı potensial məzmunu müəyyənləşdirmək üçün ümumi «hashes»dən istifadə edə bilərik. İstifadəçilərin fərdi informasiyası ötürülməyəcək, hər bir şirkət ekstremist məzmunlu videoların müəyyənləşdirilməsi üçün öz şəxsi strategiyasını tətbiq edəcək” – məlumatda qeyd olunur.

Bəyanata əsasən, internet şirkətləri öz serverlərindən sildikləri ən radikal təsvir və videoları mübadilə etməyə başlayacaq.

Hər bir şirkət ümumi məlumat bazasına daxil ediləcək təsvir və videoları müstəqil müəyyənləşdirəcək, məzmun avtomatik silinməyəcək.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
58
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər