Türkiyə kiber ordu qurur - "Google"da çalışan türklər siyahıya alınır


Türkiyə KİV-inin yaydığı məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bununla bağlı göstəriş verib. Prezidentin təlimatından sonra Dövlət Nəzarət Qurumu (DDK) kiber təhlükəsizlik mövzusunda dünya praktikasını araşdırmağa başlayıb.

Mərkəz, digər dövlət təşkilatlarına da kiber risklərə qarşı qoruma təmin edəcək. Kiber təhlükəsizlik qrupu olmayan ya da qeyri-kafi olan ictimai təşkilatlara bu mərkəzdən kiber təhlükəsizlik xidməti təqdim ediləcək. Mərkəz, 7 gün 24 saat əsaslarla təşkilatların kiber təhlükəsizliyini təmin edəcək və bu təşkilatların sistemlərini izləyəcək. Ola biləcək kiber hücumları hackerlər yolu ilə müəyyənləşdirəcək. Mərkəzin Prezident Sarayına da kiber təhlükəsizlik mövzusunda xidmət verməsi planlaşdırılır. Mərkəzdə bu sahədə daha çox mütəxəssis hazırlanması üçün təhsil də veriləcək. Mərkəz eyni zamanda, bazarda iştirak edən irili xırdalı bütün kiber təhlükəsizlik firmalarını öz çətiri altına yığacaq. Beləliklə bu sahədəki bütün mütəxəssislər bir araya gələcək.

«Google»da çalışan türklər siyahıda

Mərkəzə bütün dünyada bu sahədə yetişmiş türk mənşəli kompüter və informasiya sektoru mütəxəssislərinin transfer edilməsi hədəflənir. Bu məqsədlə Google-da çalışan türklər siyahıya alınmağa başlanılıb. Mütəxəssislərə bazar qiymətindən çox yüksək əmək haqqı veriləcək.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
63
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər