“Kaspersky Internet Security”dən yeni funksiyalar


“Kaspersky Lab” şirkəti fərdi istifadəçilərin müdafiəsini təmin edən bütün cihazlar üçün olan “Kaspersky Internet Security”flaqman həllinin yeni versiyasını təqdim edir. Məhsul istifadəçilərə ictimai Wi-Fi şəbəkələrinə qoşulduqları zaman əlavə müdafiə təqdim edir. Bundan başqa, həll köhnəlmiş proqram təminatının yenilənməsi vəistifadə olunmayan təminatın silinməsinəyardım edəcək.

“Kaspersky Lab”ın tədqiqatına*əsasən, istifadəçilərin 82%-i səyahət zamanı ictimai Wi-Fişəbəkəsinə qoşulmağa üstünlük verir. Nəticədə, hər beşinci səyahətçi (18%) səfər zamanı kibercinayətkarların qurbanına çevrilir. Bundan əlavə, istifadəçilər öz doğma şəhərlərində olduqları zamanda gündəlik şəkildə kafe, kino, ictimai nəqliyyat vədigərməkanlarda şəbəkəyə daxil olurlar. İctimai Wi-Fi vasitəsi ilə internetə qoşulmaq hər zaman təhlükəsiz deyil, çünki cinayətkarlar bu cür şəbəkə istifadəçilərindən login vəparollar, həmçinindigər fərdi məlumatlarını ələ keçirə bilərlər.

Məhz açıq ictimai Wi-Fiistifadəçilərinin müdafiəsini təmin etmək məqsədiləməhsulun “Windows” əməliyyat sistemi üçün hazırlanmış yeni versiyasında “Təhlükəsiz qoşulmaq” funksiyası yer alıb. Qeyd olunan modulşifrələnmişəlaqə kanalıvasitəsilə ictimai şəbəkələrə təhlükəsiz qoşulmanı təmin edir.“Təhlükəsiz qoşulmaq” funksiyası internetdən bütün göndərilən və alınan məlumatları şifrələyir. Bu isə öz növbəsində məlumatların təhlükəsizliyini təmin edir.

Bütün cihazlar üçün olan “Kaspersky Internet Security” həllinin daha iki yeni funksiyası istifadəçiyə proqram təminatını idarə etməyə və onun vaxtında yenilənməsinə nəzarət etməyə kömək edir. Belə ki, “Proqramların yenilənməsi” adlı modul yenilənməyə ehtiyacı olan tətbiq və proqramları aşkar edir və istifadəçinin razılığı iləən son rəsmi versiyalarını quraşdırır. Beləliklə, müdafiə həlli cihazı yoluxdurmaq üçün cinayətkarların yararlana biləcəyi proqram boşluqlarını aradan qaldırır. Proqramların axtarışı və yenilənməsi fon rejimində həyata keçirilir və cihazın işinə minimal təsir göstərir.
Lakin yenilənməyi tələb edən proqram təminatı ilə yanaşı istifadəçilərin cihazlarında uzun zaman işlətmədikləri, mövcudluğunu unutduqları və bilmədikləri tətbiqlər var. “Kaspersky Lab”ın apardığı sorğu**onu göstərdi ki, istifadəçilərin 37%-i öz cihazlarının yaddaşında xeyli zaman istifadə etmədikləri proqramları saxlayır. Bu tətbiqlər nəinki cihazın sürətinə mənfi təsir göstərir, həmçinin sistemə zərərvericinin daxil olması üçün potensial “qapıya” çevrilir. İstifadəçiləri belə risklərdən qorumaq üçün “Kaspersky Lab” bütün cihazlar üçün “Kaspersky Internet Security”yə “Proqramların silinməsi” funksiyasını əlavə edib. Bu modul bütün quraşdırılmış proqram təminatlarını nəzərdən keçirərək həm istifadəçininnadir hallarda işlətdiyi, həm də mövcudluğundan xəbəri olmadığı proqramları aşkar edir. Məsələn, hər hansı bir proqram təminatı yükləndiyi zaman quraşdırılmış əlavə tətbiqlərdən istifadəçinin xəbəri olmaya bilər. Belə proqramların aşkarlanması barədə xəbərdarlıqdan sonra istifadəçi hansı proqramların silinməsinəözü qərar verir.

“Düşünürük ki, İT-təhlükəsizliknəinki müdafiə həllinin effektivliyi, həmçinin rəqəmsal savadlılıq məsələsidir. Yüksək kibersavada sahib istifadəçi adətən İnternetdədiqqətli olur və şəxsi məlumatın, faylların, şəxsi həyat sirlərinin, cihazlarınvəyaxud ailəsinin digər üzvlərinin rahatlığının müdafiəsi üçün yeni texnologiyalardan istifadə etməyə hazırdır. Biz istifadəçiyə həllərimizin hər yeni nümunəsi ilə belə imkanlar bəxş etməyə çalışırıq”, — deyə “Kaspersky Lab”ın fərdi istifadəçiləri üçün məhsulların idarə olunması şöbəsininrəhbəriYelena Xarçenko qeyd edib.

“Kaspersky Internet Security” iləyanaşı “Kaspersky Lab”şirkəti fərdi istifadəçilərininmüdafiəsini yüksək səviyyədə təmin edəcək“Kaspersky Total Security”ninyenilənmiş versiyasını buraxıb. Burada flaqman həllin bütün yeni və təkmilləşmiş funksiyaları, həmçinin “Parollar meneceri”, “Kaspersky Safe Kids”, məlumatların ehtiyat sürətinin avtomatikyaradılması funksiyası vəfaylların şifrlənmə texnologiyası mövcuddur. Bu isə istifadəçinin şəxsi həyatının şəbəkədə etibarlı müdafiəsini təmin edir.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
77
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər