Azərbaycan biznes mühitində kibertəhlükələr


Yarım il ərzində Azərbaycanda hər korporativ kompüter orta hesabla 5 zərərverici proqram təminatı tərəfindən hücumuna məruz qalır. Bu barədə məlumatları “Kaspersky Lab” şirkəti biznesistifadəçilərin 2016-cı ilin ilk altı ayı ərzində qarşılaşdığı təhlükələrə dair daxili statistikadan* əldə edib. Qeyd etmək lazımdır ki, keçən ilin eyni dövrü ərzində bu göstərici iki dəfə az idi.

Təbii ki, kibertəhlükələrin artımı bizneslərə mənfi təsir göstərir. “Kaspersky Lab” tərəfindən keçirilmiş tədqiqat** göstərdi ki, kibercinayətlər nəticəsində dünya üzrə şirkətlərin 48%-ibiznes üçün olduqca əhəmiyyətli məlumatları itirib.

Lakin hazırda bizneslər üçün ən böyük təhlükə zərərverici proqram təminatı istifadə olunmadan həyata keçirilə bilən məqsədyönlü hücumlardır. Bu hücumların ənənəvi kiberhücumlardan əsas fərqionların hər şirkət üçün xüsusi hazırlanması və ənənəvi müdafiə vasitələri üçün maksimal dərəcədə görünməz olmasıdır. Belə hücumlar zamanı cinayətkarların adətən əsas məqsədi şirkətin ən qiymətli və məxfi məlumatları olur.

Tədqiqatın nəticələrinə əsasən, şirkətlərin 32%-i hesab edir ki, onların İT-infrastrukturuna məqsədyönlü hücum təşkil olunub. Energetika, inşaat, sənaye, telekommunikasiya, nəqliyyat, müdafiə sənayesi kimi mühüm sektorlarda çalışan şirkətlərin 35%-nin hücumlara məruz qalması faktı mütəxəssislərin xüsusi narahatçılığını doğurur. Bu tipli obyektlərə yönəlmiş hücumlar nəinki şirkətlərin özünə ziyan verir, həmçinin regional və federal infrastrukturun normal fəaliyyətini riskə atır.

“Hər hansı bir kibercinayət biznes üçün neqativ nəticələrgətirir. Bu hal həm reputasiyaya zərər verir, həm də vacib məlumatların itkisi, biznes-proseslərin sıradan çıxması, istehsalın dayandırılmasına səbəb olur. Məqsədyönlü hücumlar nəticəsində isə şirkətlər sənaye kibercasusluğunun qurbanları ola bilərlər və beləliklə, ən qiymətli aktivlərini:əqli mülkiyyət, müasir işləmələr və müqavilələr haqda məlumatları itirə bilərlər. Bundan başqa, şəhərin elektrik enerjisi ilə təmin olunmasının sıradan çıxması kimi bəzi hallarda sənaye obyektlərinə məqsədyönlü hücumlar avadanlığın fiziki zədəsinə gətirib yaxud regionun normal fəaliyyətini riskə atırdı”, — deyərək “Kaspersky Lab”ın antiviruslar üzrə baş mütəxəssisi Aleksandr Qostev qeyd edib.

Biznes üçün mühüm məlumatların itkisini aradan qaldırmaq və kiber təhlükələrlə qarşılaşma riskini azaltmaq üçün “Kaspersky Lab” ölçüsündən və fəaliyyət sektorundan asılı olmayaraq hər şirkətə əməkdaşların iş yerləri və mobil cihazlardan server və məlumat-mərkəzlərinə qədər İT-infrastrukturun bütün düyünlərinin təhlükəsizliyini təmin edəcək kompleks müdafiə həlli istifadə etməyiməsləhət görür. Bununla yanaşı, hazırda şirkətlərə mürəkkəb məqsədyönlü hücumları vaxtında ayırd edəcək ayrı həll gərəkkdir. Məhz bu səbəbdən “Kaspersky Lab” şirkəti infrastruktura yönəlmiş məqsədyönlü hücumları ilkin mərhələlərdə aşkar etməyə kömək edən və cinayətkarlara müqavimət üçün sürətli şəkildə lazımlı tədbirləri görməyə imkan yaradan “Kaspersky Anti Targeted Attack Platform” platformasını hazırlayıb.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
86
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər