Milli Antivirus proqramı tezliklə istifadəyə veriləcək


Komputer İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT.GOV.AZ) Malware Laboratoriyasının «Multi-funksional Analiz Programı» yaxın zamanda istifadəyə veriləcək. Hazırda funksionalda və interfeysdə bir sıra yoxlama və test əməliyyatları o cümlədən programın Beynəlxalq Şirkətlərin birində rəsmi verifikasiyası məsələləri üzərində işlənilir.

Məlumat üçün bildirək ki, Malware Labaratoriyasının məqsədi ölkəmizi hədəf alan zərərverici proqram təminatlarının analiz və müşahidə edilməsi, istifadəçilərin maarifləndirilməsi və bu sahədə yeni fəaliyyətə başlayan mütəxəssisləri ilkin analiz vasitələri ilə təmin edərək sahənin inkişafına dəstək verməkdir.

KİMM Malware Lab — özündə bir sıra funksionallıqları cəmləyən proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Beləki, xidmətin birinci hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətlərini istifadəyə vermək olacaqsa, ikinci hissədə sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama – malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz programından ibarət olacaq.

CERT.GOV.AZ Malware Lab-a aid layihələrini buradan izləyə bilərsiz.

Aid olduğu bloglar

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
86
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər