Əşyaların İnternetini (IoT) Tətbiq Etmək Üçün Daha Bir Addım

"Əşyaların İnterneti" ilə bağlı aparat və proqram platformlarının qiymətləndirilməsi üçün standart sahə testlərinin işlənib hazırlanması ilə məşğul olacaq TPC-IoT komitəsi formalaşdırılmışdır.

Raqxunatxa Nambiaranın bloqu
(Raghunath Nambiar, Cisco şirkətinin mühəndisi)

IoT
Ötən 25 il ərzində Tranzaksiyaların Emal Məhsuldarlığının Ölçülməsi Şurası (Transaction Processing Performance Council, TPC) əsasən aktual texnoloji meyllərə uyğun olan bir sıra standart test hazırlamışdır. Onlardan ikisi daha çox məşhurlaşdı: 1991-ci ildə təqdim olunmuş TPC-C testi (sifarişlərin emalı sistemlərinin məhsuldarlığının ölçülməsi üçün) və 1994-cü ildə təqdim edilmiş və TPC-D-ni əvəzləyən TPC-H testi (qərar verməyə dəstək sistemlərinin sınağı üçün).

Sözügedən standartlar verilənlər bazaları, serverlər və verilənlərin saxlanılması sistemlərinə aid bir sıra texnologiyaların işlənib hazırlanması və inkişafı üçün mühüm stimula çevrildilər. Bundan əlavə, TPC məhsuldarlığın sistemlər səviyyəsində tam ölçülməsi üçün əlverişli zəmin yaratdı, həmçinin bu sahədə məşhur olan sistemə sahibolmanın ümumi qiymətinin və qiymət-məhsuldarlığın hesablanma üsullarını hazırladı.

Sözsüz ki, sənayenin zahiri və texnoloji görünüşü bir xeyli dəyişib və dəyişməyə də daha sürətlə davam edir. Yaxın on il ərzində böyük verilənlər (BigData) və əşyaların interneti (Internetofthings, IoT) kimi iki texnologiyanın təsiri altında isə bütün dünya dəyişəcək.

Məşhur «böyük verilənlər» termini verilənlərin eksponensial artımını (adətən həcm, sürət, müxtəliflik, həqiqilik və fayda kimi əlamətlərin birləşməsilə təyin edilir ) və biznesdə üstünlüklərin əldə edilməsi məqsədilə onların saxlama və emal texnologiyalarını təsvir edir. Böyük verilənlərin emalı üçün xidmət göstərən texnologiyalar və servislər üzrə çoxmilyardlı dünya bazarı ən sürətlə inkişaf edən bazarlar arasındadır. 2020-ci ilə qədər bu bazarın həcmi 60 milyard ABŞ dolları təşkil edəcək, onunla bilavasitə və dolayısıyla bağlı dünya İT-xərclərinin həcmi isə 300 milyarda qədər artacaq.

Bu meyli əvvəlcədən proqnozlaşdıran Tranzaksiyaların Emal Məhsuldarlığının Ölçülməsi Şurası yeni TPCExpressBenchmarkHS (TPCx-HS) adlı test hazırladı. Bu test böyük verilənlərlə işləyən proqram və aparat sistemləri üçün qiymət-məhsuldarlıq və məhsuldarlıq və əlçatmılıq metrikaları nisbətinin yoxlanıla bilən göstəricilərini əldə etməyə imkan verir. Yeni standart geniş sayda sistem texnologiyalarını və Hadoop-sistemlərini texniki cəhətdən ciddi və vendordan neytral şəkildə müqayisə etməyə imkan verir. Bu, Hadoop və TPC-BigBench sistemlərini dəstəkləyən TPC-DS kimi yeni standartların hazırlanması çərçivəsində ilk iri TCP layihəsidir.

Bir neçə əvvəl gündəmə çıxan əşyaların interneti verilənlərin toplanması və nəzarəti üçün mürəkkəb texnologiya və məhsul dəstlərinin, həmçinin daim sayı artan qoşulmuş cihazlardan əldə edilən verilənlərin emalının kompleks analitikasının mövcud olduğu bazarın, demək olar ki, bütün iri seqmentlərini dəyişəcəyini vəd verir. İDC-nin məlumatlarına əsasən, 2014-2020-ci illərdə qlobal "əşyaların interneti" bazarı 665 milyard ABŞ dollardan 1,7 trilyon ABŞ dollaradək artacaq. Nəzərə alsaq ki, 2014-cü ildə dünyada yalnız 16 ölkənin 1 trilyon ABŞ dollarını keçən ÜDM-i var idi, bu, misli görünməmiş bir rəqəmdir!

IoT-ekosistemlərinin genişlənməsi şəraitində effektiv və vendor və texnologiyalardan neytral şəkildə aparat və proqram sistemlərini və topologiyaları müqayisə etməyə imkan verən standartların mövcudluğu çox zəruridir. Sahə üçün çox mühüm olan standartlar üzərində işi davam etdirərək TPC TPC-IoT komitəsini formalaşdırdı. Həmin komitənin əsas məqsədi "əşyaların interneti" ilə bağlı aparat və proqram platformalarının qiymətləndirilməsi üçün standart sahə testlərinin işlənib hazırlanmasından ibarətdir.

Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
355
Reytinq
1.13

Təhlükəsizlik

İnformasiya təhlükəsizliyi, elektron təhlükəsizlik

Oxucuları
3
Başlıqları
113
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər