Azərbaycan beynəlxalq dərəcəli proqramçısını itirdi - Nekroloq


Ölkəmizi proqramlaşdırma sahəsində bir sıra nüfuzlu müsabiqələrdə, beynəlxalq olimpiadalarda təmsil edən Faiq Babayev vəfat edib. Technimum.com olaraq, İKT sahəsində çalışan bir çox insanı məyus edən bu acı xəbərdən təəssüfləndiyimizi bildirir, mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk. Sosial şəbəkələrdə Faiq Babayevin dostlarının onunla bağlı xatirələrini və mərhumun nəaliyyətlərini paylaşıblar. Bu məlumatlara əsasən Faiq Babayevlə bağlı bəzi qeydləri nəzərinizə çatdırırıq:

1987-ci il yanvarın 23-də Sumqayıt şəhərində anadan olub.
1994-2001-ci illərdə Sumqayıt şəhərində 23 saylı orta məktəbdə təhsil alıb.
2001-2005-ci illərdə Bakı Türk Anadolu Liseyində təhsilini davam etdirib.
2005-2009-cu illərdə Qafqaz Universiteti Kompüter Mühəndilsiyi bölməsində bakalavr təhsili alıb və universitet birincisi olaraq bitirib.

2009-2012-ci illərdə Qafqaz Universiteti Kompüter Elmləri bölməsində magistr təhsili alıb.
Dövlət və özəl sektorda proqramçı kimi çalışıb.

Qafqaz Universiteti ACM Proqramlaşdırma komandasının üzvü olub. Proqramlaşdırma üzrə Respublika və Beynəlxalq olimpiadaların iştirakçısı və mükafatçısı olub.

18 noyabr 2007-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə «Azərbaycan Respublikasında telefon rabitəsinin yaranmasının 125 illiyinə həsr olunmuş» «Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadası»nda Qafqaz Şahinləri komandasının tərkibində I yerə layiq görülüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə «Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş» «Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadası»nda (2008, 2009, 2010) iştirak edib. 2008-ci ildə Qafqaz Şahinləri komandasının tərkibində I yerə, 2009-cu ildə II-ci yerə, 2010-cu ildə IV yerə layiq görülüb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Tələbələrin Respublika fənn olimpiadası”nın (İnformatika – proqramlaşdırma) final mərhələsində, 2007-ci ildə III yerə, 2008-ci ildə II yerə layiq görülüb.

04 noyabr 2006-cı ildə təşkil olunmuş ACM ICPC 2006-2007, Azerbaijan Subregional Contest dörddəbir final mərhələsində Qafqaz Universitetinin Qafqaz Şahinləri komandasının tərkibində II yərə layiq görülüb.

12-16 dekabr 2006-cı il tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş ACM ICPC 2006-2007, Asia Programming Contest yarımfinal mərhələsində Qafqaz Universitetinin Qafqaz Şahinləri komandasının tərkibində iştirak edib.
12 noyabr 2007-ci ildə təşkil olunmuş ACM ICPC 2007-2008, NEERC, Azerbaijan Subregional Contest dörddəbir final mərhələsində Qafqaz Universitetinin Qafqaz Şahinləri komandasının tərkibində II yerə layiq görülüb.

26 noyabr — 2 dekabr 2007-ci il tarixində Gürcüstan Respublikasının Batumi şəhərində keçirilmiş ACM ICPC 2007-2008, NEERC yarımfinal mərhələsində Qafqaz Şahinləri komandasının tərkibində ACM ICPC Azərbaycan Çempionu, Cənubi Qafqaz açıq birinciliyi komanda və fərdi müsabiqələrdə Qafqaz Şahinləri komandasının tərkibində iştirak edib.
9 noyabr 2008-ci il tarixində Qafqaz Universitetində təşkil olunmuş ACM ICPC 2008-2009, NEERC, Azerbaijan Subregional Contest dörddəbir final mərhələsində Azәrbaycan bölgәsi üzrә komanda müsabiqəsində Qafqaz U 1 komandasının tərkibində I yerə layiq görülüb.

25-29 noyabr 2008-ci il tarixində Gürcüstan Respublikasının Batumi şəhərində ACM ICPC 2008-2009, NEERC yarımfinal mərhələsində Baku Qafqaz U 1 komandası tərkibində ACM ICPC Azərbaycan Çempionu, Cənubi Qafqaz açıq birinciliyi komanda və fərdi müsabiqələrdə Baku Qafqaz U 1 komandasının tərkibində III dərəcəli diploma layiq görülüb.
28 sentyabr 2009-cu il tarixində Qafqaz Universitetində təşkil olunmuş ACM ICPC 2009-2010, NEERC, Azerbaijan Subregional Contest dörddəbir final mərhələsində Azәrbaycan bölgәsi üzrә komanda müsabiqəsində Baku Qafqaz U 1 komandasının tərkibində I yerə layiq görülüb.

09-15 noyabr 2009-cu il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində ACM ICPC 2009-2010, NEERC yarımfinal mərhələsində Baku Qafqaz U 1 komandası tərkibində ACM ICPC Azərbaycan Çempionu, Cənubi Qafqaz açıq birinciliyi komanda və fərdi müsabiqələrdə Baku Qafqaz U 1 komandasının tərkibində III dərəcəli diploma layiq görülüb.
2-7 may 2010-cu il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində “Vekua Kuboku” Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq müsabiqəsində (komanda və fərdi) Baku Qafqaz U 1 komandasının tərkibində iştirak edib.

Son iki ildə Latviyada, Riqada Accenture şirkətində proqramçı vəzifəsində çalışırdı. Burada o qrup rəhbərliyinə qədər yüksəlmişdi.

ALLAH RƏHMƏT ELƏSİN.

Aid olduğu bloglar

Technimum

Technimum — saytının blogu. Saytda olan son yeniliklər.

Oxucuları
6
Başlıqları
12
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər