Technimum-un dəstəyi ilə növbəti Tech-Tech Xanım seminarı baş tutacaq

Bildiyiniz kimi, carı ilin may ayında WoWoman sosial platforması Tech-Tech Xanım layihəsinə start vermişdir. Bu layihənin məqsədi, zərif cinsin nümayəndələrini informasiya və texnologiyalar sahəsi ilə daha yaxından tanış etmək, və onlara müvafiq biliklər qazanmaqda kömək etməkdir.
Tech-Tech Xanim
Sabah saat 18:30-da HTP-də Technimum onlayn jurnalının dəstəyi ilə layihənin növbəti, «Addım-Addım Kod Yarat» adlı seminarı baş tutacaq. Tədbir qeydiyyatdan keçmiş bütün istifadəçilər üçün açıq və pulsuzdur. Tədbirin rəsmi facebook səhifəsi: www.facebook.com/events/1604406199846905/

Seminar Alkredit şirkətinin həm-təsisçisi, fərdi təşəbbüskar və proqramçı Elşad Yusifli tərəfindən keçiriləcək və Open Source Gələcək Nəsil hərəkətinin təqdimatina həsr olunacaq. Seminarda həmçinin başlanğıc programçilarin üzləşdiyi əsas məqamlar əhatə olunacaq — proqramçı kimi düşüncə və mürəkkəb davranışi sadə rutinlərə bolüşdürülməsi, proqram dizayni, proqramlaşdırma dilini qurmaq kimi məsələlər və başqaları.

Təlimçi barədə:
Elşad Yusifli Ankarada Gazi Universitetini bitirib. Istanbula 5 il boyunca Turkiyənin ən böyük brendləri ilə işləyən Digital Marketing şirkətində işləyib, həmçinin Finansbank, Bosch, Unilever və BMW kimi nəhənglərin digital kampaniyalarını analiz edib.
Daha sonra Azercell-dən aldığı iş təklifi ilə Bakıya qayıdıb və 5 il ərzində Azercell-də Data Prosessing Engineer vəzifəsində çalışıb. Son olaraq Azercell-i tərk edib və öz ideyaları dalnca gedib. Hal-hazırda NettrendsAlkredit şirkətlərinin həm-təsisçisidir.

Aid olduğu bloglar

Technimum

Technimum — saytının blogu. Saytda olan son yeniliklər.

Oxucuları
6
Başlıqları
12
Reytinq
0.00

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
347
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər