San-Fransiskoda “Azərbaycan İnnovasiyalar Evi”nin açılış mərasimi baş tutub


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşəbbüsü ilə ABŞ-ın Stanford Universitetində Azərbaycan İnnovasiyalar Evi”nin təqdimat mərasimi baş tutub.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimovun verdiyi məlumata görə “İnnovasiya Evi” həm ölkədə, həm də Silikon Vadisində və yaxın ərazidə, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların Amerikada bir araya gətirilməsini nəzərdə tutur.

Bu layihə həm də xarici inverstorları yerli startaplara cəlb edilməsində əhəmiyyətli rol oynayacaq. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov öz sosial media hesabında qeyd edib: «Artıq seçilmiş ilk 4 startap buradadır və fəaliyyətə başlayıblar. Necə ki, İnnoland yarandıqdan sonra ölkənin innovasiya ekosisteminə yeni nəfəs gəldi, inanırıq ki, „İnnovasiya evi“ də uğurla fəaliyyət göstərəcək» — deyə o bildirib.

Xatırladaq ki, ABŞ-ın Şimali Kaliforniya ştatında yerləşən Silikon vadisi dünyanın müxtəlif ölkələrində təqdim olunan startapların cəmləşdiyi individual mərkəzdir.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Azərbaycan “Tech Diaspora”sı yaradılmışdı. Bu baxımdan Silikon Vadisində yaradılan "İnnovasiya evi«nin “Tech Diaspora”nın fəaliyyətinin formalaşmasına təkan verəcəyi gözlənilir.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
113
Başlıqları
212
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər