“INNOLAND”dan startaplara 100 min manatlıq dəstək


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri cari il ərzində 100 min manatdan artıq yatırım əldə ediblər.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu yatırımı “INNOLAND”da fəaliyyət göstərən 4 startap qazanıb. Bu investisiyalar əsasən yerli investorlar tərəfindən həyata keçirilib.

Mərkəzin rezidentlərindən biri isə növbəti yatırım əldə edərək Nyu-Yorkda 4 aylıq startap akselerator proqramına qatılıb.

Cari il ərzində ümumilikdə 1 milyon manata yaxın yatırımın həyata keçirilməsi planlaşdırılır.

Hazırda mərkəzdə 10 startap akselerasiya mərhələsindədir və daha bir neçə startap inkubasiya xidmətlərindən istifadə edir. Yerli investorların sayı isə artıq 25 nəfərə çatıb.

Növbəti mərhələdə daha bir neçə yatırımın həyata keçirilməsi planlaşdırılır.

Aid olduğu bloglar

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
114
Başlıqları
206
Reytinq
6.84

2 şərh

sviter
The information you have posted is very useful. The sites you have referred was good. Thanks for sharing
subway surfers online

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər